16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

amma soruşmur.

Y o l d a ş T ə k (qolunu qaldırıb saata baxır). Baba!

B a b a. Bəli, Yoldaş Tək!

Y o l d a ş T ə k. Fasilənin vaxtıdır.

B a b a. Bu saat, Yoldaş Tək!

Baba yuxarı tərəfdəki pəncərələrdən birinin qarşısında əyləşib.

Yoldaş Təkin səsini eşidən kimi ayağa sıçrayır.

Baba gəlib qapının ağzında dayanaraq içəri adam buraxmır.

Baba (içəri girmək istəyənlərə). Fasilədir, yoldaşlar. Olmaz, yoldaşlar, fasilədir...

Y o l d a ş T ə k yuxarı başa keçib mizin arxasında əyləşir. Eynəyini taxıb qəzetlərə baxır. Poçt şöbəsi yavaşyavaş

boşalır. Işçilərdən kimi bir-biri ilə söhbət edir, kimi evdən gətirdiyi naharı çıxarıb yeməyə başlayır və s.

Ədilə dirsəklərini qarşısındakı mizə söykəyərək gözlərini naməlum nöqtəyə zilləyib. Gözləri yol çəkir. Sonra

yenə barmağı ilə «3»ün qarşısında «1» yazır. Yenə gözlərini naməlum nöqtəyə zilləyir. Züleyxa ilə Gülzar içəri

gəlirlər.

B a b a. Olmaz.

G ü l z a r. A-a-a... Bizi tanımadınız, Baba müəllim? Salaməleyküm.

B a b a. Olmaz.

Züleyxa (Ədiləyə). Ada, bu tipə de bizi buraxsın içəri.

Ə d i l ə (fikrindən ayrılaraq ayağa qalxır). Baba, bu olmadı ki... (Bərkdən) Yoldaş Tək, Yol...

Baba(tələsik). Yaxşı, yaxşı. Keçin.

Züleyxa ilə Gülzar içəri girib Ədilənin yanına gəlirlər.

Züleyxa və Gülzar(birdən). Privet!

Ə d i l ə (yanındakı kürsüləri irəli çəkir). Oturun.

Qızlar otururlar. Sonra Baba da qapıları bağlayıb öz yerinə gedir.

Z ü l e y x a. Oy, Ada, bir krinplin paltolar gəlib univermağa, bir krinplin paltolar gəlib...

Qırmızısı da var, balotnusu da, mışinnı rəngi də...

Ə d i l ə. Eh, neynirəm krinplini...

G ü l z a r. Sən lap bir cür olmusan ha, axır vaxtlar... Neynirəm onu, neynirəm bunu, neynirəm

kinonu, neynirəm gəzməyi...

Ədilə çiyinlərini çəkir.

Z ü l e y x a. Pulum olsaydı, bir dənə balotnusunu alardım özümə. Yadına gəlir neçəyə idi biri

əldə? Allah bir Xəlil kimisini də yetirsəydi mənimçün...

Ə d i l ə. Xəlillə işin olmasın demişəm...

Z ü l e y x a. Pis söz demirəm ki...

Gülzar. Eh, bayaq Zülya ilə gedirdik. Adili gördük.

Z ü l e y x a. Hə, Ada, bilirsən necə yaraşıqlı olub? Bir predstavitelni vidi var ki, gəl görəsən.

Gülzar(əli ilə göstərir). Bax, bu boyda bir oğlu var, yanında gedirdi. Dayanıb salamlaşdı.

Soruşdu ki, nə var, nə yox? Dedim ki, hər şey əvvəlki kimi əladır. Ürəyimdə dedim ki, yalançının

atasına lənət. Sənə də salam göndərdi, Ada.

87

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!