16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ə d ə b i i ş ç i (boğazı halqada). Əlvida, dostlar!.. Məni bağışlayın!.. Bəlkə kiməsə bir

pisliyim dəyib... Bağışlayın məni!..

K a t i b ə (bərkdən zırıldaya-zırıldaya). Mən bağışlayıram..

Ə d ə b i i ş ç i. Siz, ey gözəl insanlar, salamat qalın, mən gedər oldum!..

S i y a s i i c m a l ç ı (tamaşaçılara). Yoxsa ki, mən bilmirəm bu komediyanı kim təşkil

edib?!. Yaxşı bilirəm!.. Lap yaxşı bilirəm!..

Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Az qalıb!.. Gələcəklər... Uçurlar!..

(Pıçıltı ilə.) Brın dır qar... Ar-ar!..

Ə d ə b i i ş ç i. Of!.. Mənim sinəmdə hələ nə qədər ülvi arzular var idi!.. Mən doğma

Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizəni sizə tapşırıb gedirəm!..

K a t i b ə (zırıldaya-zırıldaya). Getmə!..

S i y a s i i c m a l ç ı. Ay-hay!.. (Rişxəndlə öz-özünə) Gedir... (Ehtiyatla o tərəf-bu tərəfə

baxa-baxa yenə də öz-özünə) Məni aldatmaq olmaz!..

Ə d ə b i i ş ç i. Qoruyun Azərbaycanımızı!.. Qoruyun müstəqilliyimizi!.. Vətən şirin şeydir!..

(Ağlamsınır.)

M ə s u l k a t i b. Düzələcək!.. Qorxmayın, hər şey düzələcək, çətini ölənəcəndi!.. Sonra hər

şey düzələcək!..

Ş ö b ə m ü d i r i. Püf!.. Zalım oğlu elə iy verir, elə bil obşi vaqondu! Bu qədər içmək olar?!

Məsul katib. Bəs neyləyim, oğlum, Şöbə müdiri, mən də gedim özümü asım?

Ş ö b ə m ü d i r i. Eh... (Əlini yelləyərək yavaşdan) Onsuz da az qalıb! Gəlirlər!.. (Pəncərəyə

tərəf baxa-baxa pıçıldayır.) Ar-ar!.. Brın tır par mır qır-qır!..

Məsul katib. Nə?

Ş ö b ə m ü d i r i. Heç!.. Siz başa düşən şey deyil!.. (Öz-özünə yavaşdan) Bundan necə də

mənfi şüalar gəlir...

Ə d ə b i i ş ç i. Mən bütün insanları sevə-sevə gedirəm! Sizi də sevərək gedirəm! Mən arzu

edirəm ki, siz millət vəkili olasız!

M ə s u l k a t i b (tamaşaçılara). Əlbəttə, bunun yerinə ordan yağlı bir erkək qoyun asılsaydı,

daha yaxşı olardı! Bu şərtlə ki, mənə də yarım kilo müftə ət verəydilər!

Ə d ə b i i ş ç i. Əlvida!..

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Ya eto uje videl! Raxmatlik moy sosed, Allax raxmat

versin, Mirza Mamed Kuli xan Tabrizi ozun bela pakonçil... Asdı ozun! (Əli ilə boğazını göstərir.)

Xırt! I net çeloveka!

K a t i b ə (qışqırır). Kömək edin! Öldürür özünü! Baş redaktoru çağırın! (Ədəbi işçiyə) Bir

dəqiqə, bir dəqiqə gözlə, xahiş edirəm, gedim tez Baş redaktoru çağırım!

Ə d ə b i i ş ç i. Yox! Həyatda məni daha heç nə saxlaya bilməz!

K a t i b ə (daha da bərkdən qışqırır). Vay!.. Kömək edin!..

B a ş r e d a k t o r (hövlnak səhnəyə daxil olaraq). Nə olub belə? Yenə nə baş verib? Bu nə

hay-küydü?

K a t i b ə. Özünü öldürür! Görmürsüz, asır özünü!

B a ş r e d a k t o r. Niyə?

Ə d ə b i i ş ç i. Mən öz məhəbbətimə qovuşa bilmirəm!

B a ş r e d a k t o r. Nə?

S i y a s i i c m a l ç ı (yavaşdan Baş redaktora). Hm... Mən bütün bu əhvalatlar barədə sizinlə

xüsusi söhbət edəcəyəm!

Ə d ə b i i ş ç i. Mənim üçün Sərvinazsız həyat yoxdu!

B a ş r e d a k t o r. Sərvinaz kimdi?

Ə d ə b i i ş ç i. Mənim məhəbbətim!

B a ş r e d a k t o r (dərindən ah çəkir). Vallah, billah, bunların işi Allaha qalıb! (Redaksiya

işçilərinə) Bəs, siz görmürdünüz ki, bu çıxıb ordan kəndir asır?

220

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!