16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

M i r z ə S a l m a n. O səs nə deyirdi ki, Mahmud?

M a h m u d. O səs deyirdi ki, mən bir zərxəridəm ki, üzüm heç vaxt gülməyəcək... Mən

dünyanın ən dərdli adamıyam... deyirdi... və heç kimin bundan xəbəri yoxdur... Mən dünyanın ən

dərdli adamıyam... deyirdi... amma sizi əyləndirirəm... O səs onun ürəyinin döyüntüsü idi...

M i r z ə S a l m a n. Biz isə nəşələnirdik...

M a h m u d. Bəli. (Qaranlıq pəncərənin qarşısında dayanıb musiqi çalınan səmtə baxır.)

Qəmərbanu otağa daxil olur. Mirzə Salman yerindən qalxıb otaqdan çıxmaq istəyir. Qəmərbanu əlinin işarəsi ilə

Mirzə Salmanı saxlayır və sakitcə qapının ağzında dayanır. Mahmud onu görmür.

M a h m u d. Adamlar niyə bunu başa düşmür? Necə olur ki, bu torpaqda doğulan, eyni ayın,

günəşin, ulduzların altında, bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir,

bir-birini döyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki,

belə bir eyni günəşin altında, belə bir eyni torpağın üstündə, qardaş qanı axıdan o paxıllıq əmələ

gəldi? Şeytan Adəm ilə Həvvanı aldatdı və onlar cənnətdən qovuldu. Adəm ilə Həvvanın günahı

təkcə onda oldu ki, buğda yedilər, bəs nə üçün Adəm və Həvva törəmələri bu qədər günaha batdı,

kəsdi, dağıtdı? Həmin günəşi, gül-çiçəyi, göy üzünü, ağacları görmədi onlar?

Qəmərbanu irəliləyib arxadan oğlunu qucaqlayır.

Q ə m ə r b a n u. Nə olub Mahmud? Yenə nə olub sənə?

Pauza.

Mirzə Salman təzimlə otaqdan çıxır.

Niyə mənə heç nə demirsən?..

M a h m u d (eləcə pəncərədən baxaraq). Öləcəyəm mən... Bir vaxt gələcək, öləcəyəm mən...

Xanəndənin səsi eşidilir.

Q ə m ə r b a n u. Hamımız öləcəyik, bala... Çox kitab oxuma...

D a n ı ş a n (səhnənin sol küncünə çıxaraq). Mahmud Qəmərbanunun sözlərini eşitmədi...

Çünki Mahmud bu dəm o xanəndənin ürəyinin döyüntüsünə qulaq asırdı, o ürəyin dediklərini

eşidirdi... Mahmud başa düşmüşdü ki, əsl sözü deyən dil deyil, ürəkdir...

Dan yeri sökülürdü... (Səhnədən çıxır.)

Musiqi səsi kəsilir. Qəmərbanu otaqdan çıxır.

Əlində şam tutmuş Sofi otağa daxil olur.

Sofi. Mahmud, niyə yatmırsan?

M a h m u d. Bəs, sən niyə yatmamısan?

Sofi. Mən... Mən bürküdə yata bilmirəm... Banu məni çağırdı ki, sənin yanına gəlim. Hara

baxırsan?

M a h m u d (Sofiyə sarı çönür). Saray əyanlarına baxıram...

Sofi (təəccüblə). Saray əyanlarına? Burdan ora əyan görünər? Özü də saray əyanları indi

yeddinci yuxularını alırlar...

M a h m u d. Özləri üçün yatıblar, mənim üçün yox...

İ ş ı q s ö n ü r.

308

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!