16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kişinin evi. Bazar günü. Səhər. A r v a d, O ğ u l, Q ı z, K i ş i,

D o s t. Arvad xalatda və əlində siyahı, Oğul trusik-maykada və əlində tutduğu «Kapital»ı diqqətlə oxuya-oxuya,

Qız pijamada əsnəyə-əsnəyə tualetin qapısı ağzına düzülüblər.

A r v a d (tualetin qapısını döyür). Çıx də, səhərdən ordasan!.. Siyahı da, dünən necə yazıb

qoymuşam, eləcə qalıb stolun üstündə! Bunları indi çoxdan almalıydın, gün günortanı keçib!

(Siyahını oxuyur.) Çörək almalıydın!.. Göyərti yoxdu evdə, bir dənə keşniş, bir dənə turp, bir dənə

şüyüd...

Q ı z. Suzik deyir ki, dünyada ən çox vitamin şüyüddədi! (Oğuldan əvvələ keçmək istəyir.) Sən

məndən sonra gəlmisən...

O ğ u l (onu qabağa buraxmır). Yox, sən məndən sonra gəlmisən!..

A r v a d (tualetin qapısını döyür). Nə edirsən e orda bu qədər?

Q ı z. Suzikin tualetə girməyi ilə çıxmağı bir olur!

O ğ u l (oxuduğundan vəcdə gələrək). Dəryadı, dərya!

Q ı z (kitaba boylanır). Yenə doqquzuncu səhifə!

O ğ u l. Sən mənim şəxsi həyatıma qarışma!

Q ı z. Sən məndən sonra gəlmisən!

A r v a d (tualetin qapısını döyərək artan bir nigarançılıqla). Niyə çıxmırsan?

K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..

A r v a d. Nə?

Q ı z. A-a-a!..

K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..

A r v a d. Nə deyir belə?

Q ı z. Bilmirəm...

K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..

A r v a d (həyəcanla tualetin qapısını döyəcləyir). Çıx ordan!

Q ı z. Istəyirsən Suzikə zəng eləyim?

Qapının zəngi çalınır.

A r v a d. Bu kimdi belə, bazar günü, səhər-səhər? (Qapını açmağa gedir.) Kimdi orda?

D o s t (səhnəyə daxil olaraq). Iyi günlər!

A r v a d (onun ardınca gələrək). Bağışlayın, hələ geyinməmişik...

D o s t. Eyb etməz, mən də sizin arkadaşınız... Yoldaşınızla vacib söhbətim var... Tezdən

gəldim ki, onu evdə bulum.

K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..

Dost təəccüblə Arvada baxır.

A r v a d. Səhərdən bura girib, çıxmır... (Tualetin qapısını döyəcləyir.) Çıxırsan?

O ğ u l (oxuduğundan vəcdə gələrək). Fikrin dərinliyinə bax e!.. Dəhşətdi, dəhşət!..

K i ş i (səhnə arxasından qışqırır). O-o-o!..

D o s t. Əfəndim?

K i ş i. Düz otuz yeddisini əzdim!

A r v a d. Otuz yeddisini əzdin?

Tualetin qapısı açılır və saçları pəjmürdə

Kişi səhnəyə daxil olur.

267

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!