16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

G ə n c a k t r i s a. Bəs... Bəs siz kimsiniz?

D a y ı. Mən? Mən dayıyam...

G ə n c a k t r i s a. Kimin dayısı?

D a y ı. Bizim o uşağın...

G ə n c a k t r i s a (diqqətlə Dayıya baxır). Əhmədin!..

Direktor (yerindən sıçrayır). Vur! Vur! Köpək oğlu, köpək!.. It oğlu, it!.. Eşşək oğlu, eşşək!..

D a y ı. Hə də...

G ə n c a k t r i s a. O-o-o!.. Əhməd mənim ən sevimli aktyorumdu! Özündən soruşsaz, deyər

sizə!.. Mən həmişə demişəm, Əhməd bu teatrın ümid yeridi!..

K a t i b ə. Vay.. (Heyrətlə.) Gör necə rola girdi birdən-birə!

G ə n c a k t r i s a. Mən çox çalışdım ki, o bizim teatrdan getməsin, ancaq mümkün olmadı.

Katibə.Dezdemona nədi, zad nədi?! Kakoye kovarstvo! Kakaya loj! (Telefon dəstəyinə) Yox,

sənnən deyiləm. Kimnənəm? Teatrnan!.. Teatrnan!..

G ə n c a k t r i s a. (bir uşaq məsumluğu ilə). Mənim ən böyük arzum onunla bir yerdə

«Otello»da oynamaq olub!.. O teatra qayıtmalıdı! Mən mitinq eləyəcəyəm! Aclıq elan edəcəyəm!..

O-o ABŞ!.. Hollivud! Əziz Mehdiqulu bəy! Sevimli insan! Fo may fri spitç! O-o-o!.. Əls zraye-centl

Kassio! May advə keyşn iz not nau in tyun!.. Milli Məclisə yazacağam!.. Spikerin qəbuluna

gedəcəyəm! Bizdə istedadı boğurlar!.. Əhməd istedaddı! O-o-o! Hollivud!.. (Dayının qoluna girir.)

Gedək! Mən sizə öz həyatımın tarixçəsini danışacağam! Qoy Mehdiqulu bəy hər şeyi bilsin! Gəlin!

Mən sizə hər şeyi danışacağam! Mən sizdən heç nəyi gizlətməyəcəyəm! Əhməd teatra qayıtmalıdı!

Ancaq siz də mənim sözlərimi Mehdiqulu bəyə çatdırmalısız! (Qol-qola səhnədən çıxırlar.)

Direktor (yerindən sıçrayır). Davay! Davay! Oy! (Iki əlilə də başına qapaz vurub yerində

oturur.)

Baş rejissor bir yazı mizinin dolabına, bir də qapıya tərəf baxır, böyük tərəddüdlərdən sonra yenə araq çıxarır.

Katibə (telefon dəstəyinə). Yox, yox, sənnən deyiləm!.. (Gənc aktrisanı yamsılayır.) May lord

iz not may lord... Ala e, ala! (Telefon dəstəyini çiyni ilə qulağına sıxıb iki əliylə də Gənc aktrisanın

qarasına kül eləyir.)

İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

Artistin qrim otağı. Artist, Dayı, Silvana.

Artist Otellonun qrimində və qiyafəsində güzgü qarşısında oturub qriminin ora-burasını düzəldə-düzəldə rolunu

təkrar edir.

Artist.

Emiliyadır, yəqin, gətirib xəbər...

Demək Kassionu məhv eləyiblər -

Bu saat, bu saat, hə, öldü daha...

D a y ı (qapını açıb başını içəri salır). Icazə olar?

A r t i s t. Yox! yox!

Artıq qımıldanmır... tərpəndi, aha...

Yox, yox, yatıb qalıb, xəyanətsizdir...

Məzar tək sakitdir, hərəkətsizdir...

183

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!