16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

K i ş i. Vallah, day sözüm yoxdu!.. (Birdən əsəbiləşir.) Ə, sən deyildin cəmi yeddi-səkkiz il

bundan qabaq, sovet vaxtı, camaatı pantürkizmdə ittiham eləyən?! Ə, sən deyildin o institutda

partkom olan, hər dəfə də partiya iclaslarında durub əməkdaşları ifşa eləyən ki, türk təsiri

altındadılar?!

Pauza.

Ə, sən deyildin «Kommunist» qəzetinə məktub yazan ki, bəstəkar Emin Sabitoğlu türk təsiri

altına düşüb, sovet pasportundakı Mahmudov famili əvəzinə, türklər kimi, «oğlu» yazdırır?! Hə?!

Pauza.

D o s t (əsəbi). Nasıl olur bu?! Nasıl olur?! Biz səninlə bir sokakın cocuqları olmuşuz,

delikanlı vaxtlarımızda səninlə yüz vaqon rakı içmişiz, şimdi kəndimə hücum edirsən! (Daha artıq

bir həyəcanla) Yüz vaqon rakı!..

Pauza.

K i ş i (ondan da bərk qışqırır). Sovet vaxtı rakı varıydı?!

D o s t (qışqırır). Rakı olmasın, vodka olsun!

Pauza.

Əvət! Zatən vodka da bizim türklüyümüzə ziyan vura bilmədi! Mən yalnız şimdi başa

düşürəm ki, vodka da Moskvanın bizim türklüyümüzə qarşı bir təxribatı imiş! Əvət! Millətin

vodkaya aludəçiliyini KQB təşkil etmişdi! KQB istəyirdi ki, bizi içirdib türk yaddaşımızı

pozdursun! Ancaq bunu bacarmadılar! Çünki biz Atilla nəsliyik! Biz Çingizik, Əmir Teymuruq!

Fateh bizik, Şah Ismayıl bizik, Nadir bizik, Qacar bizik! Mən şimdi sənədlər əldə edirəm ki,

Bethoven də türk olub!

K i ş i. Kim?

D o s t. Bethoven!

K i ş i. Bəs ermənilər deyirlər Bethoven ermənidir?

D o s t (özündən çıxır). Nasıl olur bu? Sübut edə bilməzlər!

K i ş i. Qəzetdə yazıb sübut eləyiblər...

D o s t. Mümkün olan iş deyil! Nasıl sübut ediblər?

K i ş i. Yazırlar ki, Yerevanda alimlər Bethovenin sapoqlarını tapıblar! Buna görə də

Ermənistan Elmlər Akademiyası sübut edib ki, Bethoven ermənidi!

D o s t. Yenə qabağa düşdülər!.. Sən görərsən kəndim nələr sübut edəcək!

Q ı z (səhnəyə tərəf boylanaraq). Yox! Şaxta baba deyil!

A r v a d (səhnə arxasından). Məndə o bəxt hardaydı?

D o s t. Biz sınaqlardan çıxmışız! Əvət, biz səninlə hələ dəliqanlı vaxtlarımızda KQB-nin

vodka sınağından çıxdıq! Qoruduq kəndi türklüyümüzü! (Kövrəlmiş halda) Gəl, gəl bir səni

qucaqlayım! (Kişini qucaqlayır.) Bu tarixi qələbə münasibətilə səni təbrik edirəm!

K i ş i (onu özündən kənarlaşdırmağa çalışır). Çəkil! Tələsirəm! Yüz dənə işim var!

D o s t. Elə mən də bir işdən ötrü gəlmişəm!

K i ş i. Sən də işdən ötrü gəlmisən? (Öz-özünü sakitləşdirməyə başlayır.) Sakit ol...

Əsəbiləşmə...

D o s t. Əvət! Kəndi içimdə bu məsələni çox incələdim, ancaq səndən başqa bu işin

öhdəsindən heç kim gələ bilməz! Sən qələm əhlisən, bunu təşkil edə bilərsən!

K i ş i (qaçmaq istəyir). Yox, qardaş, mən yorulmuşam! Mən daha heç bir iş görə bilmirəm!

255

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!