16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

K a r a p e t o v. Xacı, yaxşı deyil, ayıpdı, biz din ayrı qardaşıq Kəbla Muxtarla!

H a c ı K a z ı m a ğ a. Ay sən öləsən, Vartan! Burnuva başsız mədən iyi, paroxod iyi gəlib,

indi qardaş olmusan?! Kəbleyinin milyonları çəkib gətirib səni? Belə sənin kəlləpaça başun haqqı!..

Karapetov. Xacı...

H a c ı K a z ı m a ğ a (aman vermir). Alə, Vartan, adamı yoxdu bəyəm Kəbleyinin? Ürəyindən

keçir ki, uçastokundan-zadından qoparasan? Istəyirsən yenə camaatı tovlayıb milyonları cibiştanuva

yığasan? Ay sən öləsən!

K a r a p e t o v. Ara, mən sən deyiləm ki, bu yazıq Çəpiş bəyin atasının var-yoxuna saxib

oldun, özün də elədin kloun... Indi də gəlib buranı kəsdirmisən ki, müftə para keçsin əlinə.

H a c ı K a z ı m a ğ a. Alə, ay hanbal Vartapetin oğlu, sən mənim üzümə qabarırsan?! Itil

burdan! Tez!

K a r a p e t o v. Xacı, mən sənin evinə gəlməmişəm. Xanım, əriniz Kabla Muxtarın – Allax

onun ömrün uzun eləsin – advokatlarıyla bir-iki danışığım var sabax. Amma əvvəl sizlə bir-iki

sözüm var.

H a c ı K a z ı m a ğ a. Nə? Mən ölmüşəm bəyəm, Vartan?! Alə, Həsənqulu, bunun mitilini at

bayıra!

K a r a p e t o v. Xacı, ayıpdı...

D o k t o r M a h m u d b ə y. Axı, belə yaramaz, Hacı Kazımağa!

H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, eşitmirsən?! Bas bunu bayıra!

Q o ç u H ə s ə n q u l u. Alə, dığa, bas bayıra! Tez elə, tez!..

K a r a p e t o v. Xanım, bura kimin evidi? Mən kimin evinə gəlmişəm?

S ə k i n ə x a n ı m. Ay kişilər...

H a c ı K a z ı m a ğ a (aman vermir). Həsənqulu!

Q o ç u H ə s ə n q u l u. Alə, dığa, tez elə, çaxaram başuva patronları! Bas bayıra!

K a r a p e t o v. Yaxşı! Yaxşı, Xacı! Bizimki qalsın soraya! Bunun altın çox çəkərsən! Yaxşı,

qoçu Xasanqulu! Sabah Ohanı göndərrəm, doğrar səni, onda bilərsən qoçu Ohan kimdi!.. Yaxşı,

getdim mən...

H a c ı K a z ı m a ğ a. Bir dənə qara daş da dalunca!

Addım səsləri uzaqlaşır.

S ə k i n ə x a n ı m. Ay kişilər, burada dağ boyda kişi əldən gedir, siz nə haydasız?

H a c ı K a z ı m a ğ a. Kafirdir, bacım, müsəlmançılıqda yaraşmaz bizə ki, bu günümüzdə kafir

üzü görək, kafir sözü eşidək...

tut!

Kiçik pauza.

Nolub sənə, udmusan saruvu?

Q o ç u H ə s ə n q u l u. Qədeş...

H a c ı K a z ı m a ğ a. Nə qədeş?

Q o ç u H ə s ə n q u l u. Qoçu Ohan...

H a c ı K a z ı m a ğ a. Alə, mən ölmüşəm ki, sən Ohandan qorxursan? Ala, tut bu əlli manatı,

Pulun xışıltısı eşidilir.

Qoçu Gülbalaya da de gəlsin sabah, adamlarını da gətirsin.

Q o ç u H ə s ə n q u l u (sevincək). Baş üstə, qədeş! Allah vurmuşdu Ohanı! Qoçu Ohan... Mən

ölüm, bir qoçuya bax! Alə, o, mənim qabağımda qoçuluq eliyə bilər?! Qarnın tüstülədəcəyəm sabah

onun, qoy bir keçsin əlimə!

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!