16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

P r o f e s s o r. Yox! Mən bilirəm! Mən onu yaxşı tanıyıram! O elə gizlənib, elə maskalanıb

ki, biz onu tapa bilməyəcəyik! Biclikdə o, şeytana papış tikər!..

Ş ə f q ə t b a c ı s ı. Taparıq, Professor! Əsəbiləşməyin! Sizə əsəbiləşmək olmaz!

P r o f e s s o r. Aman Allah! Mənim həyatım birdən-birə necə də mənasız oldu!

Ş ə f q ə t b a c ı s ı. Yox! Mən qoymaram ki, siz ruhdan düşəsiz! Bədbinliyə qapılasız! Əgər

siz belə olsaz, onda biz adi bəndələrin axırı necə olar?!

Çantasından axtarıb həb çıxarır və Professor həbi görən kimi qaçmaq istəyir, amma Şəfqət bacısı həbi zorla onun

ağzına basır.

Biz onu tapacağıq!

P r o f e s s o r (həbi uda-uda). Siz buna inanırsız?

Ş ə f q ə t b a c ı s ı. Əlbəttə, inanıram!

P r o f e s s o r. Onda gedək!

Ş ə f q ə t b a c ı s ı (ruh yüksəkliyi ilə). Gedək, Professor, gedək!..

P r o f e s s o r (ruh yüksəkliyi ilə). Gedək yenə axtaraq! Hardasan, mənim əziz dəlim!

Ş ə f q ə t b a c ı s ı. Bəli, Professor! Gedək yenə axtaraq! Biz yorulmayacağıq! Gedək

gələcəyə doğru!

Sürətlə səhnədən çıxırlar.

İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL

Baş redaktorun kabineti. B a ş r e d a k t o r, K a t i b ə,

Ş ö b ə m ü d i r i, Ə d ə b i i ş ç i.

Baş redaktor yazı mizinin arxasında oturub kağız-kuğuza baxır.

B a ş r e d a k t o r. Bu dünya niyə bu günə qalıb? Bu insanlara nə olub belə? Kimə zəng

eləyirsən, hara müraciət eləyirsən, elə sözlər, elə fikirlər eşidirsən ki, lap mat qalırsan!.. Bəlkə

minilliyi dəyişmək ərəfəsindəyik, ona görə də təbiət insanlara təsir edir?.. Deyəsən, mən də yavaşyavaş

mistikaya qapılıram... Hər halda, mənim müşahidələrim deyir ki, təkcə bizim gözəl

respublikamızda yox, bütün dünyada nəsə bir proses gedir, amma bizim xəbərimiz yoxdu... Biz

bunun fərqinə varmırıq... Mən özüm də qabaqlar buna bu dərəcədə fikir verməzdim, amma indi,

vallah, adam heç bilmir ki, neyləsin?.. Az qalırsan özündən də şübhələnəsən... (Mizin yeşiyini çəkib

güzgü çıxarır və diqqətlə özünə baxır, sonra dilini çıxarır.) A-a-a!... A-a-a!.. (Güzgünü yerinə qoyub

zəngin düyməsini basır.)

Katibə içəri girir.

K a t i b ə. Bəli.

B a ş r e d a k t o r. Zəhmət olmasa, Şöbə müdirini çağırın.

K a t i b ə. Baş üstə!

Pauza.

B a ş r e d a k t o r. Bəs niyə gedib çağırmırsız?

K a t i b ə. Bu saat!

225

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!