16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Birinci qız (pıçıltı ilə). Ah, Fransa!..

Ikinci qız(pıçıltı ilə). Bu da milyonçudu?..

Q a d ı n (pıçıltı ilə). Görmürsən, heç gözüm su içmir!..

Oğlan(pıçıltı ilə). Görmürsən, nə boş-boş danışır?..

K i ş i (pıçıltı ilə Mehdiqulu bəyi yamsılayır). «Baba, bu camaata nə olub belə?..»

Qadın(pıçıltı ilə). Ona deyən lazımdı ki, sən kimsən?..

K i ş i (pıçıltı ilə Mehdiqulu bəyi yamsılayır). «Bunlar niyə belə çaşıblar?..»

Birinci qız (pıçıltı ilə).Özün çaşmısan!..

Ikinci qız (pıçıltı ilə). Bu milyonçu deyil!..

Oğlan(pıçıltı ilə). Çəliyini görmürsən?!.

Kişi(pıçıltı ilə). Silindrini görmürsən?!.

Birinci qız (pıçıltı ilə). Qalstukuna bax!..

M e h d i q u l u b ə y (bərkdən). Deyirəm, Əhməd bəy, gəl oteldə qal, hamı ilə oturub-durma,

dünyada o qədər dələduz var!.. Deyir, eybi yox, vətəndi!.. Vətən olanda nə olar? Bəyəm

vətəndəkilərin hamısı mələkdi? Deyir, mən sadə adamlarla olmalıyam. Vallahi ki, qorxuram bunu

burda aldadalar... O boyda nəslin bir danəsidir!.. Özü də avropasayaq adamdı... Nigaran qaldığım

üçün də, durub gəldim dalınca. Gəlib girib bu həyətə... Baba, bu nə həyətdi belə? Bu həyətdə

yaşayan millət kimdi belə?.. Günahsız qanlar tökülür, daşnak millətin məktəbini dağıdır,

xəstəxanasını dağıdır, əsir götürüb qulağını kəsir, gözünü çıxarır, torpağını əlindən almaq istəyir,

dünyaya da car çəkir ki, ay aman, qoymayın, azərbaycanlılar bizi doğradı, amma bunlar, baba, bax,

bu həyətin adamları, elə bil ki, Ayda yaşayırlar!.. Elə bil ki, bunlara heç nəyin dəxli yoxdu!.. Hara

gedirsən milyon söhbətidi, Fransa söhbətidi, bizi xaricə dəvət elə söhbətidi, bunu al, onu bağışla

söhbətidi!.. Əhməd bəyi də hərə öz tərəfinə çəkmək istəyir!.. Niyə belədi axı?.. Allah bunların ağlını

alıb-nədi, baba? Nə eləyiblər ki, Allahın belə qəzəbinə keçiblər?! Nə günah sahibidirlər?!

Kişi(pıçıltı ilə). Buna fikir verməyin!..

Qadın (pıçıltı ilə). Başdan xarabdı!..

Birinci qız(pıçıltı ilə). Əhməd bəyin idarələrindən birində işləyir!..

Oğlan(pıçıltı ilə). Bu milyonçu deyil!..

Ikinci qız(pıçıltı ilə). Əhməd bəyin əlinə baxır!..

Birinci qız (pıçıltı ilə). Ah, Fransa!..

O ğ l a n (pıçıltı ilə). Əhməd bəy!..

Ikinci qız(pıçıltı ilə). Milyonçu!..

Qadın(pıçıltı ilə). Isveçdə də mülkü var!..

Birinci qız(pıçıltı ilə). Tehranda otelləri var!..

Kişi(pıçıltı ilə). Yunanıstanda yazlığı var...

M e h d i q u l u b ə y (bərkdən). Yazıq camaat!.. Bədbəxt camaat!.. Ey vah!.. Sənin başına nə

oyun açıblar?!. (Gedir.)

Səhnənin dərinində Süpürgəçi kişi elə boylana-boylana qalıb.

İ ş ı q s ö n ü r.

DOQQUZUNCU ŞƏKİL

Bəbirzadələrin evi. Əsədulla,Firəngiz xanım, Əhməd bəy, Eynşteyn.

Əsədulla yenicə içəri girmiş Əhməd bəylə Eynşteyni

qarşılayır.

Ə s ə d u l l a. Xoş gördük sizi!.. Xoş gördük!.. (Eynşteynə) Alə, sən nə gözəl iş eləyib

gətirmisən bu əziz qonağı bizə! Sağ ol, vallah, malades!

140

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!