16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M ü ə l l i f (qışqırır). Birinci mən gəlmişdim. (Katibəyə) Deyəsən, bunun başı xarabdı...

Katibə (yerində oturaraq). Öz başından xəbəri yoxdu...

Direktor. Heç xoşuma gəlmir!.. Bu Əhməd söhbəti heç xoşuma gəlmir!.. Dalağım sancır!..

Qorbaçovu Baş katib seçəndə də dalağım belə sancmışdı!..

Baş rejissor mizə düzdüyü o gözəl nemətlərin

üstünə tələsik qəzet salır.

Baş rejissor (acıqlı). Burda işləmək olar?! Belə yerdə Şekspiri qoymaq olar?! Kim istəyir,

özünü dürtür içəri! Şekspiri gərək Prezident aparatında tamaşaya hazırlayasan ki, qapıda polis

dayansın! Siz kimsiz?

D a y ı (qoyun kimi mələyir). Mə-ə-ə!..

Baş rejissor. Nə?

D a y ı. Mə-ə-ə!.. Mə-ə-ə!..

Baş rejissor (hirslə). Bu nədi belə?

D a y ı. Mə-ə-ə!..

Baş rejissor. Siz özünüzü harda hiss edirsiniz?

D a y ı. Mə-ə-ə!..

B a ş r e j i s s o r. Bura teatrdı, tövlə deyil!

D a y ı. Mə-ə-ə!.. Qoyun!

Baş rejissor. Nə?

D a y ı. Qoyun! O dramaturqfason Qurbanəlizadə var e, poçt müdiri, onun sizin evə

göndərdiyi qoyun! Mə-ə-ə!.. Rəhmətlik sizin xolodelnikə girməmişdən əvvəl belə mələyirdi: Mə-əə!..

Qurbanəlizadə də istəyirdi ki, pyesi teatrda müzakirə olunsun. Indi teatrdakıların hamısının

dədəsinin goruna söyür! Mə-ə-ə!..

B a ş r e j i s s o r (hücuma keçmək istəyir). Bilirsiz nə var? Mən siz deyən...

D a y ı (onun sözünü kəsib birdən-birə əllərini, ayaqlarını tərpədə-tərpədə yerində caz

oynayır). Bam-bam-bam!.. Ba-ba-bam-ba!.. Vu-vi-vi!.. Ba-bam-bam!..

Baş rejissor. Siz... Siz nə edirsiz?! Dəlisiz-nəsiz?!

D a y ı. Maqnitafondu də!.. (Yerində oynaya-oynaya.) Ba-ba-bam!.. Ba-bab-bab-bab!.. Vi-vuvi!..

Müəllif. Mən ondan tez gəlmişdim qəbula!

K a t i b ə. Əşşi, sən Allah əl çək məndən! (Telefon dəstəyinə.) Da tı çto, sənnən deyiləm?..

Burda biri var, adamı işləməyə də qoymur...

Dayı (oynaya-oynaya). Şair Qulam Babanın sizin evə hədiyyə göndərdiyi maqnitafon! Yazıq

hələ də gözləyir ki, poemasını haçan səhnələşdirəcəksiz!.. Ba-ba-bam!.. Vu-vi-vu!..

Pauza.

Direktor. Heç xoşuma gəlmir, heç!..

D a y ı (birdən-birə o tərəf-bu tərəfə aşmağa başlayır, guya ki, sərxoşdu). Myam-nyam!..

Bunu da... bunu da içirəm... liçna sənün sağlığuva!..

B a ş r e j i s s o r. Alə, bu dəlidi-nədi?

D a y ı. Niyə? Vururuq də!.. Rejissor assistenti Məlik Məmmədlinin sizin evə göndərdiyi o bir

çəllək çaxır varıydı e, onu vururuq!.. Yazıq, istəyirdi ki, ikinci rejissor olsun... (Yenə də guya ki,

sərxoşdu.) Sənün sağlığuva!..

Kiçik pauza.

Baş rejissor (güc-bəla ilə özünə gələrək). A kişi, bir dəqiqə əyləş görüm!.. Kimsən? Nəçisən?

Kim göndərib səni? Bilirəm! (Direktorun otağına tərəf işarə edir.) O partokrat göndərib səni.

203

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!