16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Adillə Cəbrayıl artırmaya çıxırlar. Cəbrayıl irəli getmək istəyir. Adil onun əlindən tutub saxlayır.

M u x t a r. Sən sovet hökumətinə əl qaldırırsan?!

X a n ı m a r v a d. Sənsən sovet hökuməti? Ala e!.. (Iki əli ilə Muxtarın başına kül ələyir.)

Sən öləsən!

M u x t a r (barmağı ilə hədələyir). Baxarsan! (Yuxarıdan aşağı) Siz də gördüz də! Bu arvad

sovet hökumətinə əl qaldırdı! Gördüz ki?

Pauza.

Hə?

Ə l i a b b a s k i ş i. Muxtar naçalnik... Vallah...

M u x t a r (qəzəblə). Nə vallah? Görmədiz?

Ə l i a b b a s k i ş i. Vallah, Muxtar naçalnik, biz indiyəcən elə bilirdik ki, sovet hökuməti

əziz atamız, yoldaş Stalindi! Indi belə çıxır ki... Nə bilim, vallah...

M u x t a r (dəhşətlə). Nə?

Ə z i z a ğ a ə m i. Hə də...

M e y r a n q u l u. Ancaq indi belə çıxır ki... (Aşağıdan yuxarı baxır.) Vallah, adamın dili də

gəlmir deməyə... Belə çıxır ki, bu deyir ki, mən yoldaş Stalindən böyüyəm?

A ğ a h ü s e y n ə m i. Həri də, belə çıxır... Pay atonan! (Əlini yuxarı qaldırıb Muxtarı

göstərir.) Bu nə danışır, alə?!

Ə z i z a ğ a ə m i. Vallah, adam heç qulaqlarına inanmaq istəmir...

M u x t a r (tamam şaşırmış). Siz... siz... provakasiya...

X a n ı m a r v a d. Sən də kişisən?! Tfu!

Kiçik pauza.

Sən öləsən, əgər bu gün uşağı buraxdurmasan a, gedib sənün böyüklərün var e, onları

tapaceyəm. Gedib girəceyəm onların yanına. Sənün başuva bir turp əkdirəceyəm ki, anondan

əmdiyün süd burnundan gəlsin. Yoxsa, elə bilirsən yalvaraciyəm sənə mən? Ay sən öləsən!

M u x t a r (aşağı). Baxarsız! (Xanım arvada) Görərsən!

X a n ı m a r v a d. Sən də görərsən! (Oğlanlarına) Əgər süz də buna bir söz desöz, buna əl

vursoz, kişi döyülsüz. Mən ölməmişəm hələ. Sən də çal, Balakərim!

Səhnə qaranlıqlaşır və yalnız tütək çala-çala danışan Balakərim

görünür. Onun yanında oturmuş Ələkbər də diqqətlə qulaq asır.

B a l a k ə r i m. Məni həsrət yaratdı... Bu bir misra yolçunun yorulub əldən düşmüş beyninə

kiçik bir yüngüllük gətirməyə başladı... Yolçu özü bilmirdi ki, yatır, ya oyaqdır. Yolçu gözlərini

açanda, o ağ buludlar adda-budda göyün üzünə dağılmışdı. Yolçu dodaqaltı duasını pıçıldayıb

salavat çevirdi. Və ayağa qalxdı. Ətrafa baxdı və yerində donub qaldı. Ağ Dəvə yox idi. Ağ Dəvəni

oğurlamışdılar. Ağ Dəvə özü qalxıb getmişdi. Yolçu o anda bilirsən nə fikirləşdi, Ələkbər?

Ə l ə k b ə r. Nə?

B a l a k ə r i m. Yolçu fikirləşdi ki, kaş mən də o Ağ Dəvə ilə bir yerdə bu dünyadan

itəydim...

Işıq sönür.

353

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!