16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ikinci kişi (təəccüblə). Nə vaxt?

Birinci kişi. A kişi, necə nə vaxt? Qəribəsiz e, siz... Indicə üzünüzə vurmadım ki, başınız...

(Ardını demir.)

Ikinci kişi. Başıma nə olub ki? (Əlini başına sürtür.) Tərtəmizdi.

Birinci kişi. Mən də onu deyirəm ki... Adamın eybini üzünə vurmazlar ki... Bağışlayın...

Ikinci kişi. Nə olub axı? Hamının başı necə, mənimki də elə!

Birinci kişi (öz-özünə). Vallah, bu, birtəhər adamdı... Danışığı da birtəhərdi... (Bərkdən)

Deyirsiz indi hamının başı belədi?

Ikinci kişi. Əlbəttə...

Birinci kişi. Allah!..

Ikinci kişi (diqqətlə mizin üstünə baxır). Bəs o nədi elə?

Birinci kişi. Nə? Bu?

Ikinci kişi. Hə.

Birinci kişi. Çörəkdi də...

Ikinci kişi. Çörək? Siz muzeydə işləyirsiz?

Birinci kişi. Muzeydə niyə işləyirəm?

Ikinci kişi. Bəs bu çörəyi neynirsiz?

Pauza.

Birinci kişi. Necə neynirsiz, ay əziz dostum? Yeyirəm də... (Çörəkdən bir tikə qoparıb ağzına

qoyur və iştaha ilə yeyir.)

Ikinci kişi (mat qalıb). Doğrudan yeyir e... Vay!... Birinci dəfədi belə adam görürəm... (Birinci

kişini ayaqqabılarından ağ saçlarınacan diqqətlə nəzərdən keçirir.) Bu necə geyimdi? Bunun özü

də, elə bil, muzeydən gəlib... Hardan gəlmisiz siz?

Birinci kişi (get-gedə artan bir nigarançılıqla). Mən?

Ikinci kişi. Qəribədi... Özünü də, elə bil, hardasa görmüşəm... Qəribədi...

Birinci kişi. Nədi qəribə? Mən neynirəm ki, belə heyrət basıb sizi?

Ikinci kişi. Daha bundan artıq neyləyəcəksiz? Əl vurmaq olar?

Birinci kişi. Nəyə?

Ikinci kişi. O çörək dediyinizə...

Birinci kişi (sidq-ürəkdən). Pajalısta!.. Amma... Vallah, mən sizi başa düşə bilmirəm... Çörəkdi

də... Görməmisiz?

Ikinci kişi. Indi kim çörək yeyir? Iki həb tronsmorkormobonit atırsan, qurtardı də... Qəribədi!..

(Əlini ehtiyatla çörəyə vurur.) Yumşaqdı... Çox qəribədi... Mən sizi harda görmüşəm? Yadıma sala

bilmirəm... Harda? Axı, harda? Yox... Formorqobon lazımdı...

Birinci kişi (ehtiyatla). O nədi elə?

Ikinci kişi. Çox qəribədi... Bu adam elementar şeyləri bilmir... Formorqobon yaddaşı oyadır

də... Düzdü, yaxşısı budu ki, onu işlətməyəsən. Xoşum gəlmir ondan, səksəndirir adamı, bir az

narahat edir, ancaq neyləyəsən, lazım gəlir... (Gülümsəyir, sonra otağın bir küncündə üzü gümüş

kimi parıldayan çantasını götürüb içindən qayçıya bənzər bir alət çıxarır və gözlərini yumub o

alətin hər iki ucunu gicgahlarına toxundurur. Həyəcanla) Aha! Deyirəm də!.. Mən sizin şəklinizi

görmüşəm! Bax e!.. Qəribədi... Bu saat! Hər şeyi başa düşdüm! Deyirəm axı... Bu saat!.. Qoy

əvvəlcə monfenalesə baxaq!.. (Aləti çantaya qoyur və oradan kiçik dəmir qutuya bənzər bir şey

çıxarır.) Bu saat!

Birinci kişi (aşkar bir şübhəylə). Bəs, o nədi elə?

45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!