16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

B a l a k ə r i m. Yolçu Ağ Dəvənin üstündə səhra ilə gedirdi... Səhra, bilirsən də, nə deməkdi,

yəni ki, hər tərəf qum, hara baxırsan – qumdan savayı bir şey görmürsən. Ağ Dəvənin üstündə

oturmuş yolçu, hər dəfə, dəvə addım atdıqca yüngülcə yırğalana-yırğalana, iri qara gözlərini

qıpqırmızı qızarmış o dan yerinə zilləmişdi. Və fikirləşirdi ki...

Ə l ə k b ə r. Kim fikirləşirdi?

B a l a k ə r i m. Necə kim? O iri qara gözləri olan yolçu də!..

Ə l ə k b ə r. Onun gözləri Xanım xalanın gözləri kimi idi?

B a l a k ə r i m. Hə... Yolçu fikirləşirdi ki, bu səhranın da, bu dəvə addımlarının da, o

qıpqırmızı dan yerinin də indiki yeknəsəqliyi min il bundan əvvəl də belə olmuşdu və min il bundan

sonra da belə olacaqdı... Yolçunun bütün fikrini, hisslərini bir təəssüf bürümüşdü və bu təəssüf, elə

bil, yolçunu birdən-birə dayaqsız etdi, havadan asılı qoydu... Bilirsən, hər bir adam gərək hərdənbir

göylə təkbətək dayansın, göyə baxsın... (Əlini göyə tərəf uzadır.) Bax, o ulduzlara baxsın... O aya

baxsın...

Ə l ə k b ə r (göyə baxaraq). Axı, indi gündüzdü... Indi ay, ulduz yoxdu...

B a l a k ə r i m. O baxır adamına! Diqqətlə baxsa, günün günorta vaxtı da ayı, ulduzu

görəcək!.. Onda özü də biləcək ki, nə qədər balacadır... O ayın, o ulduzların uzaqlığı yanında

görəcək ki, nə qədər kiçikdi... O yolçunun bütün varlığı, fikri, hissləri bir möcüzə həsrətində idi.

Amma yolçu yaxşı bilirdi ki, heç vaxt möcüzə olmayıb və heç vaxt da möcüzə olmayacaq. Əslində,

Musa peyğəmbər də möcüzə görmək istəyirdi. Bəlkə özü bunu heç bilmirdi, amma elə buna görə

Tur dağında Allaha çox yalvardı: «Özünü mənə göstər» – dedi. Amma Allahdan aldığı cavab bu

oldu: «Sən məni heç zaman görməyəcəksən!». Dünya möcüzəsiz dünyadır, adidir. O zaman yolçu

fikirləşdi ki, əslində elə bu adiliyin özü bir möcüzədi, amma bu möcüzədən heç kim baş açmır.

Dədələrimiz də bilirsən nə deyib?

Ə l ə k b ə r. Yox...

B a l a k ə r i m. Deyib ki, «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya». Bunu deyiblər,

özləri də, neçə min ildi köçüb gediblər bu dünyadan. Allah onlara rəhmət eləsin...

Maşın səsi gəlir. Sonra maşının qapısı çırpılır və

Muxtar səhnədən keçib gedir.

Ə z i z a ğ a ə m i. Alə, buna bax e, nə salamı var, nə də kalamı! Nə olar ki, orda işləyəndə,

alə? Dünən heç nədən Xanımın oğlunu, Əbdüləlini tutub basıb dama. Lap adam da öldürsəydi

Əbdüləli, gərək Muxtarın onunla işi olmayaydı!.. Bir mələdə olurlar. Kişiyə yaraşan işdi, alə, bu?

A ğ a h ü s e y n ə m i. A kişi, Ətağanın cəddinə and olsun, mən də lap məəttəl qalmışam!

Alə, belə də iş olar?.. Nə var, nə var, mənim maşınımı ötüb! Alə, bunun da üstündə, mələnin cayılını

tutub türməyə basarlar?! Ətağa cəddi, dünyanın lap, day, axırıdı! Xanımın oğlunun, Əbdüləlinin,

«polutorka»sı bunun «emadinini» keçib, təkərlərdən də su sıçrayıb bunun maşınına! Nə olsun? Alə,

bizə sataşır o, bizə!

H ə s ə n a ğ a ə m i. Alə, biz ölmüşük bəyəm ki, belə iş görür bu oğraş?! Biz nəyik bəyəm,

alə?! Kişi-zad döyülük ki, bu zaraza belə rəftar eləyir biznən?!

Ə z i z a ğ a ə m i (ah çəkir). Neyniyəsən? Zəmanə bunların zəmanəsidi də! Bu əclaf oğlu

hardan köçüb gəldi bizim mələyə? Alə, hökumət bir adam tapmadı, gətirib bu alçağa bizim mələdə

ev verdi?!

Kişilər nərd oynayırlar. Indi də arvadlar danışırlar.

S ə f u r ə x a l a. Mağıl rahatca evimizdə oturub işimizlə-gücümüzlə məşğul olurduq. Bu

köpəyoğlu Muxtar, mərəkə salacaq mələyə. Mən tanıyıram öz kişimi də!.. Bir də gördün, yortdu

bıçağı Muxtarın qarnına!..

341

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!