16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Camaat öskürməyə başlayır, yəni ki, Bakıdan gəlmiş qonaq ağzını açsın görək. Alpaslan Qulamzadə gah

Yoldaş Kərimzadəyə baxır, gah da zalın ortasında öz yerində oturub ciddi surətdə gözlərini tavana zilləmiş Cəfər

Ağaya baxır.

Camaat öskürür. Zalda səs. Hamı narazıdı ki, ordenli yazıçı niyə nitqinə başlamır?

A l p a s l a n Q u l a m z a d ə. Mə... Mə... Mə...

A l p a s l a n Q u l a m z a d ə. Mə... Mə...

Pauza.

Camaat Bakıdan gəlmiş qonağa yox, Cəfər Ağaya tərəf baxır və elə ki, Cəfər Ağa ayağa qalxır, zalda canlanma

əmələ gəlir.

Cəfər Ağa (batmiş səslə qışqırır). Yoldaşlar, yaşasın yoldaş Budyonnı!

Ə l i q u l i y e v (sevincək pıçıltıyla). Vallah tapdı! Sağ ol e, sağ ol! Kişisən, Taksi Cəfər,

vallah? kişisən! Tapdı! (Bərk-bərk əl çalır.)

Sürəkli alqışlar. Hamı, o cümlədən Yoldaş Kərimzadə ayaq üstündədir. Yoldaş Kərimzadə tamam təngnəfəs olub,

bütün bədəni tərin içindədir, çəpik çalan ətli əlləri də qıpqırmızıdır.

Cəfər Ağa (batmış səslə qışqırır.) Yoldaşlar! Yaşasın dahi Stalinin sevimli şagirdi yoldaş

Şvernik! Özü də Kalininin yerindədir, yoldaşlar! Ura, yoldaşlar!

Bütün zal «Ura!» qışqıraraq ləzzətlə əl çalır.

Ə l i q u l i y e v (ləzzətlə əl çala-çala öz-özünə pıçıldayır). Vallah, dəryadı bu e, dərya!..

Hamısını tanıyır! (Vəcdlə) Tapacaq bir-bir!..

Xitabət kürsüsündə dayanmış Alpaslan Qulamzadəni soyuq tər basıb. Yoldaş Kərimzadə də «Ura!» qışqırır.

Yoldaş Stalin isə klubun səhnəsindəki marşal paltarlı şəklindən zala «baxa-baxa» gülümsəyir...

...1952-ci ilin o payız gecəsi Papanin adına Rayon Mədəniyyət Evinin o klubundan hələ xeyli müddət sürəkli

alqışlar eşidildi...

12 dekabr 1989.

Bakı.

27

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!