16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qoca Professor(heyrətlə Ədiləyə baxaraq). Pardon, pardon! Bu oldu gözgörəsi adam dolamaq.

Professor Əliquluzadəni dolamaq olmaz. Mən buna dözə bilmərəm. Pardon! Hanı sizin müdiriniz?

Müdirinizi çağırın!

DÖRDÜNCÜ ŞƏKİL

Poçt şöbəsi. Günorta fasiləsidir. Işçilər istirahət edir: kimi yeyir, kimi söhbət edir, kimi qəzet oxuyur. Yoldaş

Tək də, Baba da öz yerlərində oturublar. Ədilə, Züleyxa, Gülzar əyləşib söhbət edirlər. Qarı yenə də səhnənin sağ

küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.

Qarı(corab toxuya-toxuya elə bil öz-özü ilə danışır). Bu corabı ikinci oğlum üçün toxuyuram.

Birinci oğlum etibarsızdır. Amma ikinci oğlum ən yaxşı oğlumdur. Ən çox onu istəyirəm. Özü də su

kimidir. Su kimi təmizdir, su kimi mülayimdir, su kimi oxşayır adamı... Bu corabı onunçun

toxuyuram... (Işinə davam edir.)

Z ü l e y x a. Bilmirəm, Ada, sənə nə olub axır vaxtlar...

Ə d i l ə. Nə olub ki?

G ü l z a r. Belə birtəhər olmusan e-e-e...

Ə d i l ə. Necə birtəhər?

Gülzar çiyinlərini çəkir.

Z ü l e y x a. Əvvəlki Ədilə deyilsən, deyib-gülən, pişiyi ağaca dırmaşdıran, yüz cür hoqqadan

çıxan Ədilə... Əvvəlki Ədilə...

Ə d i l ə. Əvvəlki Ədilə?

Kiçik pauza.

Sən də əvvəlki Züleyxa deyilsən axı, Zülya... Yenə zarafat edirsən, yenə deyib-gülürsən,

amma bunlar hamısı sövq-təbiidir, bəlkə də artistlik edirsən, kim bilir? Əvvəlki Züleyxa artıq

yoxdur. Əvvəlki Ədilə də yoxdur. Əvvəlki Gülzar da yoxdur.

G ü l z a r. Bunlar hamısı məlumdur e, Ada, əlbəttə, mən də əvvəlki Gülzar deyiləm. Ola da

bilmərəm axı. Mənim indi otuz bir yaşım var, mən necə iyirmi yaşlı Gülzar ola bilərəm? Mən indi

iyirmi yaşlı Gülzar kimi gülə bilərəm məgər? Heç vaxt. Əslində, iyirmi yaşlı Gülzarın o cür ürəkdən

güldüyünə görə, o cür təmiz, biclikdən uzaq gülüşünə görə, indi mən bu günə düşmüşəm. Heç nə

barədə fikirləşmədi iyirmi yaşlı Gülzar, heç nə barədə düşünmədi, boş-boşuna keçirtdi vaxtını, Jan

Mareyə vuruldu, Rəşid Behbudovu sevdi, elə bildi ki, elə həmişə belə olacaq, day demədi ki, Zulya

demişkən, ətdən olan divara etibar yoxdu... Keçirtdi vaxtını ay nə bilim tansda, kompaniyalarda, ay

nə bilim, orada, burada, bu da axırı... Bilmirəm təqsirləndirimmi iyirmi yaşlı Gülzarı ki, niyə mənim

indiki günüm üçün ağlamamısan, başqaları kimi (ironiya ilə) ciddi olmamısan, ya deyim ki, əcəb

eləmisən, cavanlıqda yaşamısan, kef çəkmisən, lap əlinin içindən də gəlib... Mənim taylarımın az

qala ərə verilməli qızları var, bəs mən? Qalmışam aralıqda. Kim alacaq məni? Heç kim. Başım

ağarıb daha... Bir azdan pudra-kraska da kömək etməyəcək, olacağam staraya koketka. Amma sən

başqa. Ada...

Ə d i l ə. Mənim nəyim səndən fərqlidir?

Z ü l e y x a. Hələ bir soruşursan da? Gül kimi evin-eşiyin. Gül kimi ailən, ərin...

Ə d i l ə. Boşla, sən Allah...

Z ü l e y x a. Bilirəm, Ada, bilirəm: mən sənin cikinə də bələdəm, bikinə də. Xəlil sən

istədiyin, sən arzuladığın adam deyil, sənin qızlıq xəyallarındakı rıtsar deyil...

Ə d i l ə (əsəbi). Qurtar dedim bu söhbəti. Bunların sənə dəxli yoxdur.

94

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!