16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Pauza.

Siz indi də heç hara getməyəcəksiniz... Biz... biz ən yaxın adamlar olacağıq. (Daha da

həyəcanlı.) Biz... biz... biz ən doğma adamlar olacağıq. (Təşvişlə) Elə deyilmi?

Kişi(gülümsəyərək). Elədir.

Yavaş-yavaş ətrafda işıq sönməyə başlayır. Qara frak geymiş Skripkaçı da skripkasını boynundan ayırıb asta

addımlarla səhnədən çıxır. Işıq yalnız Ədilənin və Kişinin üzərinə düşür, ətraf görünməzdir.

Ə d i l ə. Mən sizə hər şeyi danışacağam. Heç kimə danışmadıqlarımı, heç kimə demək

istəmədiklərimi sizə deyəcəyəm. (Öz yerindən qalxıb Kişiyə yaxınlaşır.) Mən sizdən heç nə

gizlətməyəcəyəm. Siz də mənə qulaq asacaqsınız. Siz də mənimlə söhbət edəcəksiniz. Biz birbirimizə

inanacağıq. Biz bir-birimizin sirdaşı olacağıq, elə sirdaş ki, indiyəcən heç kimlə bu cür

sirdaş olmamışıq. Biz sizinlə gəzməyə çıxacağıq. Biz sizinlə dağları gəzəcəyik, gül-çiçək dərəcəyik,

yağışa düşəcəyik. Siz mənim yanımda oturub dumanlı dağlara baxacaqsınız. Siz deyəcəksiniz:

Dağlar dumana qaldı,

Otu sarala qaldı.

Soyuq bulaq, göy çəmən –

O da marala qaldı.

Siz deyəcəksiniz, elə deyilmi?

K i ş i. Elədir. (Kiçik pauzadan sonra) Dağlar dumana qaldı.

Ə d i l ə. Otu sarala qaldı...

K i ş i. Soyuq bulaq, göy çəmən...

Ə d i l ə. O da marala qaldı...

Pauza.

Mənim bütün hisslərim sizin yanınızda çılpaq olacaq. Mən bu çılpaqlıqdan utanmayacağam,

çünki siz mənim ən doğma adamımsınız. Mən heç vaxt, heç kimə deyə bilmədiklərimi, sizə

deyəcəyəm. Axı, mən heç kimə heç nə deyə bilmirəm... Çünki daha heç kim məni başa düşə

bilməz... Çünki adamlar mənim üçün yaddır... Çünki daha mən də onlara qarşı biganəyəm...

K i ş i. Mən bunları bilirəm...

Ə d i l ə. Bilirsiniz? Əlbəttə, əlbəttə, siz bilirsiniz. (Kişinin əlindən tutur.) Siz hər şeyi

bilirsiniz. Siz bütün suallara cavab verəcəksiniz. Siz suallardan qorxmursunuz. Bu suallar gecənin

zülmətində yatağınızda uzanarkən sizi didib-dağıtmır, yuxunuzu qaçırtmır. Siz rahat... və azad...

sərbəst yatırsınız. Siz xoş yuxular görürsünüz, amma bu yuxular sizin yeganə pənahınız deyil... Siz

yuxuda gülümsəyirsiniz, amma bu yuxulu gülüşlər sizin üçün yeganə xoşbəxtlik anları deyil.

Cürbəcür suallar sizi məşhər ayağına çəkmir... Siz düşünmürsünüz ki, nə vaxta qədər bu cür davam

edəcək? Siz bunu düşünmürsünüz, çünki siz güclüsünüz, çünki siz müdriksiniz, çünki siz

cəsursunuz... Rıtsarsınız siz... Sizin həyatınız bu sualları doğurmur. Sizin həyatınız bu suallar üçün

əsas vermir. Çünki siz qeyri-adisiniz... (Kişinin əlindən çəkərək səhnənin ortasına gəlir, uzaqlara

baxır.) Biz sizinlə səyahətlərə çıxacağıq, gəmi ilə üzəcəyik, təyyarə ilə uçacağıq. Biz sizinlə meşəyə

gedəcəyik, ocaq çatacağıq. Axşamlar alaçıqda oturub yağış damcılarının tıqqatıqqına qulaq

asacağıq, bu meşə isə qalacaq, bu yağış isə qalacaq. Yaddan çıxaracağıq. Hər şeyi yaddan

çıxaracağıq; həyatın qulağımızın dibindən ötüb-keçməsini də, qayğılarımızı da, mənasızlıqları da,

pis adamları da, kütbeyinləri də, yazıqları da, xoşbəxt yaşayanları da. Biz ancaq öz aləmimizdə

olacağıq: siz, mən, bir də ki, meşə... bir də ki, meşənin qaranlığı... bir də ki, meşədəki ağaclar... bir

də ki, bizim balaca alaçığımız... bir də ki, yağış damcılarının tıqqatıqı... bir də ki, tetra quşlarının

uzaqdan gələn qurultusu... Bizdən bir az aralı dağ çayı axacaq. Çayın qıjıltısını eşidəcəyik. Sonra

92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!