16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ə d i l ə (kiçik pauzadan sonra). Hər min ildə bir... (Gülümsəyir.) Doğrudan da, hərgah

əbədiyyət bu qədər intəhasızdırsa, nə üçün iyirmi il özü də bir əbədiyyət olmasın? Bilirsinizmi nə

üçün? Ona görə ki, bu iyirmi ildə Yoldaş Təklər yaşayır... Bu iyirmi ildə Babalar yaşayır... Bu iyirmi

ildə Züleyxa kimi, Gülzar kimi bədbəxtlər yaşayır... Onların həyatı əbədiyyət üçün əsas vermir... Bu

iyirmi ildə Ədilə kimi arzusuz adamlar yaşayır... Məgər siz onları məhşər ayağına çəkmədinizmi?

K i ş i. Əgər Ədilə arzusuz olsaydı, biz ikimiz bir yerdə, bu yaz axşamı, bu çiskinli havada, bu

boş küçələrdə addımlamazdıq.

Ə d i l ə (həyəcanla). Bəs, Yoldaş Təkə nə deyirsiniz? Bəs, Babaya nə deyirsiniz? Siz ki,

onları sual-cavaba tutdunuz...

K i ş i. Onları siz çağırmışdınız. Lakin siz başqa adamlar da çağıra bilərdiniz.

Ə d i l ə (ayaq saxlayır). Başqa adamlar? Kimi? Mən başqa adam tanımıram... Səlim

Kərimovu çağıraydımmı, Xəlilin şöbə müdirini? O da belə olacaqdır. Hər dəfə o mənə elə baxır ki,

bu baxışların mənasını Xəlildən başqa hamı başa düşür. Müəllimə Səadət xanımı çağıraydımmı? O

da belə olacaqdı... Adili çağıraydımmı? O da belə olacaqdı... Ondan da soruşacaqdınız ki, Züleyxa

kimi neçə qızı şikəst eləmisən?.. Onları çağıraydımmı?

K i ş i. Yox.

Ə d i l ə. Başqa heç kim yoxdur.

K i ş i. Var. Siz qonşunuz Fazili çağıraydınız. Gecə-gündüz işləyib o boyda ailəni dolandırır,

amma evlərindən gülüş əskik olmur. Biz bunun səbəbini ondan soruşardıq. Siz Məsmə müəlliməni

çağıraydınız, orta məktəbdə sizə dərs deyən müəlliməni... Qocalıb əldən düşüb, amma məktəbdən əl

çəkmir. Biz bunun səbəbini ondan soruşardıq. Siz atanızı çağıraydınız.

Ə d i l ə. Mənim atam ölüb.

K i ş i. Biz onun səbəbini ondan soruşardıq. Biz ondan soruşardıq ki, hərgah hər şey bu qədər

boş və mənasızdırsa, nə üçün siz, otuz beş yaşlı cavan bir kişi, müharibədə həlak oldunuz? Yəqin ki,

o, cavab verərdi...

Ə d i l ə. Bəlkə də... Bəlkə də o cavab verərdi. Lakin yalnız bu cavabla bizim həyatımız

dəyişərdimi?

K i ş i. Yox, yalnız bu cavabla sizin həyatınız dəyişməzdi. Çünki siz özününz bunu

istəmirsiniz. Siz atanızı çağırmazdınız da. Siz Məsmə müəlliməni də çağırmazdınız. Onlar sizə

lazım deyil.

Ədilə nə isə demək istəyir.

Yox, mənim sözümü kəsməyin. Mən bu gün demək istədiklərimi sizə deməliyəm... (Kiçik

pauzadan sonra) Onlar sizə lazım deyil, çünki siz özünüzü təcrid etmisiniz. Sizə elə gəlir ki, artıq

həyatın hər üzünü görmüsünüz, artıq hər şey bir heçdir sizin üçün. Əslində isə həyatdan və

insanlardan xəbərsizsiniz. Siz həyatdan və insanlardan xəbərsiz olduğunuz üçün hər şeyə mənasızlıq

təcəssümü kimi baxırsınız. Lakin bir gün öz pəncərənizdən hər gün gördüyünüz, dəfələrlə

gördüyünüz şəhərə nəzər salın. Elə bilin ilk dəfədir bu şəhəri görürsünüz. Bu şəhərdə hər bir damın

altında yaşayan adamlar barədə düşünün. Axı, bütün bunlar hamısı, bütün bu həyat, bütün bu

insanlar, bütün bu yaşayış mənasız ola bilməz. Siz fikirləşin ki, nə üçün bu adamlar bu evləri

tikdirirlər, nə üçün bu adamlar bu fabrikləri, bu zavodları tikirlər, bu buruqları salırlar? Nə üçün bu

qədər çalışırlar? Sizin bütün bunlardan xəbəriniz yoxdur. Siz özünüzü cəmiyyətdən təcrid etmisiniz.

Ə d i l ə. Siz də bu soyuq sözləri təkrar etdiniz... Bu sözlər buz kimidir, soyuq, lap soyuq.

K i ş i. Nə üçün? Nə üçün bu sözlər bu qədər soyuq, bu qədər yaddır sizinçün? Çünki siz

qorxursunuz bu sözlərdən. Siz ürəyinizin dərinliklərində hiss edirsiniz ki, bu sözlər həqiqətdir, hiss

edirsiniz ki, hər tərəfdə həyat davam edir və bu həyat sevincləri ilə, kədərləri ilə bərabər maraqlıdır,

zəngindir, amma sizin yanınızdan ötüb-gedir. Siz isə bu həyata daxil olmağa cəsarət etmirsiniz,

çünki əslində siz faciəli tənhalıqda deyilsiniz, siz sadəcə olaraq tənhalıq ideologiyasına qapılmısınız.

113

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!