16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə l i a b b a s k i ş i. Yetir! Yetir cəzasına!

H ə l i m ə. Əliabbas! Tək balamızdı!..

Ə l i a b b a s k i ş i. Yetir cəzasına! (Daha da bərkdən bağırır.) Cəza ver ona!.. Cəza!..

H ə l i m ə. Əliabbas!.. Əliabbas!..

İ ş ı q s ö n ü r.

İKİNCİ HİSSƏ

DOQQUZUNCU ŞƏKİL

B a l a k ə r i m, X a n ı m a r v a d, M i l i s n ə f ə r i.

Küçə. Axşam.

Işıq yalnız Balakərimin üzərinə düşüb.

B a l a k ə r i m. Yolçu elə bil, yüz illərin susuzluq yanğısı ilə fikirləşirdi ki, min cür bəlalar

çəkdim, amma bu da varmış yolumda...

Bayquş mənəm, bayquş mən,

Hamı quşdan sayquş mən...

Nə bəlalı quş oldum,

Allah,

Sızıldaram yay-qış mən...

Səhnə işıqlanır. Şinelli kişi əvvəlki şəkilin davamı olaraq zəndlə Xanım arvada baxır və binanın qapısından içəri

girir.

M i l i s n ə f ə r i. Ay arvad, vallah, sən məni xataya salacaqsan. Bir söz deyən kimi də, dava

eləyirsən. Borcum var sənə? Get, get, evinə, xoş gəldin.

X a n ı m a r v a d. Sən öz işinlə məşğul ol.

M i l i s n ə f ə r i. Burada durmaqdan nə çıxacaq? Niyə getmirsən?

X a n ı m a r v a d. Sənin işin deyil!

M i l i s n ə f ə r i. Gör səninlə bir evdə yaşayanlar nə çəkirlər də!.. Ay arvad, get evinə, bir

savadlı adam tap, səninçün ərizə yazsın, göndər bura. Baxarlar ərizənə, çağırarlar səni.

X a n ı m a r v a d. Sənə borcu qalmayıb.

Pauza.

M i l i s n ə f ə r i. Ay tərs müsəlman, bir stəkan çay gətirim?

X a n ı m a r v a d. Yox.

M i l i s n ə f ə r i. Burada dayanmaq olmaz! Quran haqqı, sənin üstündə məni işdən

çıxaracaqlar. Bir dənə də vıqovor!

X a n ı m a r v a d. Çox böyük vəzifən var. Heyf!

M i l i s n ə f ə r i. Nə təhər adamsan sən? Belə də arvad olar? Dilin zəhrimardı vallah. Rəis

olmayacaq bu gün.

X a n ı m a r v a d. Dünən də, srağagün də məni aldatdın.

M i l i s n ə f ə r i. Get, ay arvad. Vallah, bunun xatası mənim başımda çatlayacaq. Ay arvad,

get, rəis iki gün iclasda olacaq. Sən mənim sözümə inanmırsan?

X a n ı m a r v a d. Birdən gəldi?

358

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!