16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

B i r i n c i q o n a q (könülsüz). Çox sağ olun... Gedirsiz də!..

I k i n c i q o n a q. Bəs nə edirəm, əlbəttə, gedirəm!..

B i r i n c i q o n a q. Çətiriniz yaddan çıxmayıb ki?

I k i n c i q o n a q. Çətirim? Bude, qoltuğumda!

B i r i n c i q o n a q. Yaxşı yol!

I k i n c i q o n a q. Salamat qalın!

Ikinci qonaq otaqdan çıxır. Birinci qonaq qapını onun ardınca açarla bağlayır.

B i r i n c i q o n a q. Bax, bu da açar! (Sıxır.) Belə! Qurtardıq səninlə! (Gəlib divanda oturur.)

Çox qəribə tipdi! Iki çətir gəzdirir? Bəs necə gəlib girdi bura təzədən? Qəribədi... Bəlkə o biri

otaqda başqa qapı da var! (Qalxıb yataq otağına keçir və oradan səsi gəlir.) Yox, başqa qapı-zad

yoxdu burda... Bu çarpayı... Bu dolab... Bu güzgü... Yox, balam, başqa qapı yoxdu burda!.. Çox

qəribədi... (Qonaq otağına gəlir.) Amma bir şeyi düz deyirdi ki, gərək beynini qoruyasan...

Fikirləşməyəsən də gərək hər şeyi... (Nəbzini tutur.) Bir az çox vurur deyəsən... (Pəncərəyə

yaxınlaşıb diqqətlə aşağı baxır.) Vallah, mən yağış-zad görmürəm... Qəribədi... Gah elə deyir, gah

belə deyir... Gah deyir ki, tualet işləyir, gah da deyir ki, işləmir... Vallah, dəli şeytan deyir, dur götür

portfelini, get idarəyə, işini-gücünü gör!.. Nə azadlıqbazlıqdır? Nə istirahətbazlıqdır? Niyə e, niyə?

Heç hara getmirəm! Bu gün burdan çıxdı yoxdu! Otur, istirahətinlə məşğul ol! Tipin birindən ötrü

özündən çıxacaqsan? (Bərkdən) Ey, yoxsan ki, daha?! Heç kim yoxdu ki?! Indi isə gəl, gəl yandır

televizoru, bax, belə, indi də gəl otur divanda, bax belə, əziz dost, yaddan çıxar hər şeyi...

T e l e v i z o r u n s ə s i.... Çauşesku faşist rejimi yaratmışdı. Xalq ayağa qalxdı və Çauşesku

rejimini tar-mar etdi. Xalqın qəzəbi...

B i r i n c i q o n a q (qalxıb televizoru söndürür). Bu dünya niyə belə ikiüzlü qurulub, ay

Allah? Dünənəcən Çauşeskuyla cici-bacıydılar: tovariş Çauşesku!.. tovariş Çauşesku!.. Görüşəndə

qucaqlaşıb öpüşürdülər!.. Indi də olub faşist rejimi!.. Elə faşistlərin özləriylə bir vaxt cici-bacı

olmamışdılar? Nə isə, əziz dost! Bu dünyanın işlərini sən düzəldəcəksən? Ucundan tutub uğuzluğa

getmə (Divanda uzanır.) Bax, belə!... Gözünü də yum, dincəl!.. Mürgülə... Mürgülə...

Birdən yataq otağından öskürək səsi gəlir və Birinci qonaq yerindən sıçrayıb ayağa qalxır.

B i r i n c i q o n a q (qışqırır). Kimdi? Kimdi orda?

I k i n c i q o n a q (qapı ardından). Bağışlayın! Min dəfə, milyon dəfə üzr istəyirəm sizdən!

B i r i n c i q o n a q. Sizsiz yenə?

I k i n c i q o n a q. Bu saat gedirəm!.. Bu zəhrimar çətir yadımdan çıxıb qalıb burda! Həmişə

gərək bir şey olsun ki, camaatı narahat eləyim!.. Arvadım yüz dəfə deyib mənə ki, huşun başında

olsun!.. Bağışlayın, siz Allah! Bu saat gedirəm...

B i r i n c i q o n a q (sürətlə yataq otağına qaçır və səsi oradan gəlir) Siz hardan girdiz bura?

Hardan?

I k i n c i q o n a q (qapı arxasından). Salam!.. Nə olub sizə?

B i r i n c i q o n a q (qapı arxasından). Hardan gəldiz? Hardan gəldiz?

I k i n c i q o n a q (qapı arxasından). Nə olub sizə? Sakit olun!

B i r i n c i q o n a q (qapı arxasından). Aha, burdan gəlmisiz!

I k i n c i q o n a q (qapı arxasından). Sakit olun, canım!..

B i r i n c i q o n a q (qapı arxasından). Bax, burdan!

I k i n c i q o n a q (qapı arxasından). Nə edirsiz?

B i r i n c i q o n a q (qapı arxasından gücənə-gücənə). Bax... Burdan!.. Burdan!..

I k i n c i q o n a q (qapı arxasından). Şkafı niyə yerindən çəkirsiz?

B i r i n c i q o n a q (qapı arxasından). Qapı şkafın arxasındadı! Ordan gəlmisiz!..

I k i n c i q o n a q (qapı arxasından). Yavaş olun...

31

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!