16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

PROLOQ

Ruhi xəstəliklər xəstəxanası.

P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı, x ə s t ə x a n a i ş ç i l ə r i.

Səhnə qaranlıq və sükut içindədir. Birdən-birə həyəcan zəngi

çalınır, hay-küy qopur, xəstəxana işçiləri qaranlıq içində ora-bura qaçışır.

Xəstəxana işçiləri:

– Yoxdu!..

– Qaçıb!..

– Qaçıb!..

– Burada da yoxdu!..

– Qapıları bağlayın!..

– Yoxdu!..

– Darvazanı bağlayın! Darvazanı!..

– Ora bax!..

– Yoxdu!.. Heç harda yoxdu!..

– Pilləkənin altına baxın!.. Pilləkənin!..

– Yoxdu!..

– Qaçıb!..

– Tualetə baxın!.. Tualetə!..

– Yoxdu!..

– Qaçıb!..

– Qaçıb!..

Işıq ağ xalatlı Professorun və onun ardınca qaçan

Şəfqət bacısının üzərinə düşür.

P r o f e s s o r (təngnəfəs və həyəcanlı). Qaçdı!.. Qaçdı!..

Ş ə f q ə t b a c ı s ı (təngnəfəs və həyəcanlı). Siz.. oy... siz özünüzü qoruyun, Professor!..

P r o f e s s o r. Qaçdı!..

Ş ə f q ə t b a c ı s ı. Sizə belə həyəcanlanmaq olmaz!..

P r o f e s s o r. Mənim ən ağıllı dəlim qaçdı!..

Ş ə f q ə t b a c ı s ı. Əyləşin!.. Əyləşin!..

P r o f e s s o r. Yox! Azərbaycan elminə ağır itki üz verdi! Mənim xəstəm, mənim ən ağıllı

dəlim qaçdı! O respublikamızın ən görkəmli dəlisi idi!

Ş ə f q ə t b a c ı s ı. Siz özünüzdən... özünüzdən muğayat olun!.. Axı, belə olmaz!..

P r o f e s s o r. Yox! Onsuz da, daha mənim həyatımın mənası yoxdu! Mən buna tab gətirə

bilmərəm! Mənim müalicəm yarımçıq qaldı! Təbabətin tarixində hələ onun kimi qiymətli, onun kimi

parlaq dəli olmamışdı! Bəli, o nəinki bizim respublikamızın, bütün keçmiş SSRI-nin ən görkəmli

dəlisi idi!

Ş ə f q ə t b a c ı s ı. Sakit olun! Xahiş edirəm sizdən, Professor!

Şəfqət bacısı tələsik çantasından həb çıxarır. Professor

həbi görən kimi, qaçmaq istəyir. Şəfqət bacısı onu buraxmır və

həbi güclə Professorun ağzına basır.

218

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!