16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M ə r y ə m (həmin sevinclə). Görmüsən! Sən yəqin Mahmudu görmüsən!.. Onu görməmək

mümkün deyil e, bilirsən? (Gülür.)

K e ş i ş. Mahmud?

M ə r y ə m. Hə, də!.. Ziyad xanın oğludu...

Pauza.

Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq yalnız

Keşişin üzərinə düşüb.

K e ş i ş. Təmiz Məryəm!.. Yazıq qızcığaz!.. Gör bir necə də sadə danışır, bu sözləri necə də

adi sözlər kimi deyir... Bu sözlərin arxasındakı uçurumdan xəbəri yoxdur... Xəbərsiz Məryəm...

Deməli, bu boyda Gəncədə xanın oğlu tamahını Məryəmə salıb... Minlərlə xaçpərəst qızların dinsizəxlaqsız

sultanların, şahların, xanların saraylarında pozulmuş şəhvətlərə qulluq etmələri bəs deyil?

Məryəmin dünyadan xəbəri yoxdur... Onu bu tamahkar, bu nəfiskar dünyada qorumaq lazımdır...

Onu pozğun dinsiz şəhvətindən xilas etmək lazımdır... Məryəmə kömək etmək lazımdır... Ziyad

xanın əlləri uzundur, çox uzundur, hər tərəf dinsizlərlə doludur... Hər tərəf Məhəmməd hümmətidir!

Nə etməli?.. Nə etməli?.. Mən Məryəmi bu amansızlarla üzbəüz qoya bilmərəm! Müqəddəs Evə!

müqəddəs Evə! Müqəddəs Evə! Müqəddəs Qocaya doğru!.. Müqəddəs Evin qapısı mənim üzümə

açıq olacaq!.. Mənim kimi mömin bəndələr üçün dünyada elə bir dərd yoxdu ki, bu dərdin əlacı

Müqəddəs Evdə olmasın! Müqəddəs Qoca öz köməyini məndən əsirgəməyəcək! Uzaq!.. Uzaq bu

yerlərdən!.. Uzaq bu qorxulu məxluqlardan!.. Müqəddəs Evə!.. Müqəddəs Evə!..

İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL

Z i y a d x a n, Q ə m ə r b a n u.

Gecə. Saray. Ziyad xanın otağı.

Ziyad xan əsəbi halda gəzişir. Uzaqdan kilsə zəngləri eşidilir. Qəmərbanu otağa daxil olur.

Q ə m ə r b a n u. Ziyad, sənin Mahmuddan xəbərin var?..

Z i y a d x a n (gülümsəyir). Keşiş qızına aşiq olub?

Q ə m ə r b a n u. Sən gülürsən?

Z i y a d x a n. Cavanlıqdı...

Q ə m ə r b a n u. Sən özün özünü aldatmaq istəyirsən? Sən başa düşmürsən ki, oğlunun başını

qara buludlar alıb? Yoxsa yenə söhbətdən qaçmaq istəyirsən?.. Görmürsən daha bıçaq sümüyə

dirənib? Mahmudu xilas etmək lazımdır!

Z i y a d x a n. Mən də onun yaşında sənə aşiq idim...

Q ə m ə r b a n u. Mən Müzəffər ağanın qızıyam, Ziyad, keşiş qızı deyiləm! Mahmud da, sən

deyilsən!..

Z i y a d x a n. Hə... Mahmud Ziyad xan deyil...

Q ə m ə r b a n u. Bu gün düzdə... mənim adamlarımı... görüb... Gəldi otağıma... mənə elə

baxdı ki... elə baxdı ki, vallah, özümü asmaq istədim... Amma mən asa bilmərəm özümü! Ona görə

asa bilmərəm! Sən də ona görə yaşamalısan!

Z i y a d x a n. Müqəddəs kitabımız yazır ki, – «Ruhu olan hər bir məxluq ancaq Allahın

iradəsi ilə və ömrünün müəyyən edildiyi kitaba uyğun olaraq ölməlidir».

Q ə m ə r b a n u. Yox! Mən onun üçün yaşayıram! Ziyad, mən hiss edirəm, bu işin axırı pis

qurtaracaq...

Z i y a d x a n. Sakit ol...

314

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!