16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

F i r u z ə x a l a. Ağəz, sən bilmirsən ki, neçə gündü Muxtar Əbdüləlini tutdurub ki, nə var,

nə var, nöş sənün maşunun mənim maşınımı keçdi. Hər gün də deyirlər ki, buraxaceyik Əbdüləlini,

ancaq gör neçə gündü, buraxmırlar. Ağəz, bunun üstündə adam tutdurarlar? Yaxçı eləyib keçib

sənün kimi oğraşın maşınını!

M ə ş ə d i x a n ı m. Hə də...

S ə f u r ə x a l a (onu yamsılayır). «Hə də...» Bəs indicə Xanım arvadın yanında

tərifləmürdün o oğraşı?

M ə ş ə d i x a n ı m. A-a-a... Yadımdan çıxmışdı... Vallah, bu Xanım arvadın elə bir zəhmi var

ki, onun yanında hər şey yadımdan çıxır... Mən də gərək bu Şövkət kimi, onun yanında ağzıma su

alıb oturum.

Ş ö v k ə t (yanında oturmuş Ələkbərə göz vurub diqqətlə onun saçlarına baxır). A-a-a...

Bunun başında ağ tük var ki!.. Bəxtəvər, böyüyəndə xoşbəxt olacaq.

S o n a. Allah ağzundan eşitsin.

Ş ö v k ə t. A-a-a!.. Özü də üç dənədi ağ tük! Üç dəfə arvad alacaq e, bu!..

S ə f u r ə x a l a. Bəsdi... Uşağın yanında gül ağzuvu açmaginə.

Ş ö v k ə t (bərkdən gülür). Ağəz, ay Sona, bu day adamı gözüylə yeyir. Bunu day biziynən

hamama aparma.

S o n a. Xanım xala yoxdu, başladun yenə?

Ş ö v k ə t. Mən neyniyim?.. Mən başıbatmış şapalaqnan üz qızardıram də. Gərək elə burnumu

sallıyım? Öz günümə ağlayım səhərdən axşamacan? Onda yaxşı olaram sizünçün mən? Hə?

Belənçinədi?

Ə l ə k b ə r. «Poluturkalar» gəldi!..

Maşın səsi eşidilir. Ələkbər o saat yerindən atılıb evdən çıxır.

İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL

X a n ı m a r v a d, M u x t a r, Ə l i a b b a s k i ş i, B a l a k ə r i m, M e y r a n q u l u, Ə z i z a ğ a ə m i, A ğ a

h ü s e y n ə m i, A d i l, C ə b r a y ı l, Ə l ə k b ə r.

Məhəllə. Günorta.

Balakərim bir küncdə oturub köynəyinin yaxasından çıxartdığı tütəyin o tərəf-bu tərəfinə baxır. Xanım arvadla

Muxtar pilləkənin yuxarısındakı artırmadadırlar.

X a n ı m a r v a d (Muxtarın yaxasından yapışıb dartır). Düş aşağı, düş, düş deyirəm sənə!

M u x t a r. Ay arvad, əlini çək! Burax! (Böyründəki qoburdan tapança çıxardır.) Burax,

arvad!

X a n ı m a r v a d. Arvad sənsən!

M u x t a r. Əlini çək, dedim!

Xanım arvad əlini çəkib onunla üzbəüz dayanır. Balakərim tütək çalmağa başlayır.

Ə l i a b b a s k i ş i. Balakərim!

B a l a k ə r i m. Bəli, dayday.

Əliabbas k i ş i. Necəsən, Balakərim?

B a l a k ə r i m. Yaxşıyam, dayday.

Ə l i a b b a s k i ş i. Çalma, Balakərim, yeri döyül.

B a l a k ə r i m. Oldu. (Tütəyi köynəyinin yaxasına soxur.)

352

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!