16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Q o n ş u. Nə?

K i ş i (öz-özünə).

Dünya gözəldir...

Həyat gözəldir...

Q o n ş u. Eşitmirəm e?..

K i ş i (Qonşuya baxa-baxa öz-özünə davam edir).

Bircə qanmaz var...

O da ki, sənsən...

Q o n ş u. Hə? (Kişinin qoluna girir.) Bura bax, bilirəm, işin çoxdu, amma mən ölüm, qonşu,

otkaz eləmə, al bu üç min dolları (Səksəkə ilə ora-bura baxa-baxa arxasında şalvarının qayışının

altında gizlətdiyi konverti çıxarıb Kişiyə tərəf uzadır.), bir dənə balaca bilərzik var dükanda, gedək,

beş dəqiqəyə, götür onu mənimçün!..

K i ş i. Yenə Laçınova rüşvət verirsən?

Q o n ş u. Yavaş! Yavaş, a kişi! Belə şeylərlə zarafat eləmək olmaz! (Yavaşdan) Yox, bu

rüşvət deyil!..

K i ş i. Bəs nədi?

Q o n ş u. Başqa məsələdi...

K i ş i. Nədi axı?

Q o n ş u (yenə ehtiyatla o tərəf-bu tərəfə baxır). Canan məsələsidi...

K i ş i. Nə?

Q o n ş u. Canan!..

Pauza.

Adı bilirsən nədi? Dezdemona!..

K i ş i. Bəs sənin o boyda arvadın var...

Q o n ş u. Nolsun?

K i ş i. Necə yəni nolsun?

Q o n ş u (məzəmmətlə). Ay qonşu!.. Ay qonşu!.. (Eləcə ehtiyatla o tərəf-bu tərəfə baxır.

Yavaşdan) Arvad arvad olur bir il, iki il, üç il, sonra dönür olur bacı!..

Pauza.

K i ş i. Yox! Bu day lap ağ oldu! Sənin adamuşkava da bilərziyi mən almalıyam?

Q o n ş u. Bəs necə? Sən kişi adamsan də, sənə etibarım var! Eşitməmisən, qonşu qardaşdan

irəlidi? Mən öz mənəvi aləmimi sənə etibar edirəm!

K i ş i. Bilərzik almaq mənəvidi? Maddidi bu, maddi!

Q o n ş u. Əşşi!.. Özün də oxumuş adamsan, bilmirsən ki, maddi olmayan yerdə mənəvi nə

qələt eləyir?

K i ş i. Yox, bilmirəm, heç nə də gedib almıram! Bir dəfə dedin ki, maşını öz adıma alım,

iyirmi min dollara,–iyirmi min e!..–dedin rüşvət verirəm Laçınova...

Q o n ş u. Yavaş...

K i ş i. Aldım, o maşının heç üzünü də görmədim... Bir dəfə on min dollar verdin ki,

Laçınovun arvadının ad günüdü, brilyant komplekt götürdüm səninçün!.. Bir dəfə səkkiz min dollar

verdin ki, Laçınovun...

Q o n ş u (tələsik onun sözünü kəsir). Yavaş, eşidər!..

K i ş i (yan-yörəsinə baxır). Kim eşidər?

257

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!