16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə s ə d u l l a. Nə deyirəm, alə? Deyirəm gopçunun biridi də!..

Fotoqraf qız. Biz Fransadan gəlmiş Əhməd bəyi deyirik!

Fotoqraf oğlan. Bizim həmvətənimizi!

Ə s ə d u l l a. Bəs mən kimi deyirəm? Öz həmvətənimi deyirəm? Mən də süzün

həmvətənüvüzü deyirəm də! (Fotoqraf onu təpədən dırnağacan süzür.) Bura gəl! (Əli ilə işarə edib

çağırır və qız ona yaxınlaşanda yavaşdan) Görürəm sən yaxşısan, bunnarın tayı döyülsən! Görürəm

də, hə, lap yaxşısan! Qulaq as, sənə deyəcəm. Bu Əhməd bəy ki, deyirsüz a, bəy!, bəy! gəlib ki,

sosyalizmdən qalan artıq-urtuqnan qarnını doyuzdursun! Başa düşdün? Day mənim adım olmasın

a!.. Amma milləti aldatmayın! Yazıqdı bu millət! Turp əkmüyün bu millətin başına! Yazansuz,

gedün yazun, day dəlləyliyi öyrənməyin bu millətin başında!..

Fotoqraf qız (bərkdən). A-a-a!.. Sizin informasiyanız çox səhvdir! Necə milyonçu deyil? Necə

yəni avaradı?

Fotoqraf oğlan. Bunun, deyəsən, ermənilərnən əlaqəsi var!

Ə s ə d u l l a. Alə, məni deyirsən?!

Birinci m ü x b i r. Necə?!

Ikinci m ü x b i r. Hə?

Üçüncü m ü x b i r (dəftərçəsini çıxarıb qeydlər edə-edə). Aha!

Fotoqraf qız. Əhməd bəy öz şəxsi pulu ilə Amerikadan iki «Boinq» sərnişin təyyarəsi alıb

Azərbaycana hədiyyə edib!

Ə s ə d u l l a (heyrətlə). Necə?

Ikinci m ü x b i r. Bəli!

Birinci m ü x b i r. Əlbəttə!

Üçüncü müxbir.Bizim belə qeyrətli həmvətənlərimiz var!

Fotoqraf qız. Bu saat Moskvanın da, Yerevanın da radiosu bunnan danışır.

Birinci m ü x b i r. «Bi-bi-si»! «Si-en-en»! «Röyter!»! «Assoşieytid pres»! «Azadlıq»

radiosu! Hamısı dəyib bir-birinə!

Ikinci müxbir. Hamısı Əhməd bəyin Azərbaycana hədiyyəsindən danışır!

Üçüncü müxbir. Hələ dalı da olacaq!

Ə s ə d u l l a (az qalıb çaşsın). Bu Əhməd bəy a?..

Fotoqraf qız. Bəli! Bu Əhməd bəy!

Ə s ə d u l l a. Iki dənə «Boinq»?

Birinci müxbir.Bəli!

Ə s ə d u l la. Birini... Birini neçəyə alıb?

Fotoqraf oğlan. On yeddi milyona!

Ə s ə d u l l a. Rubl?

Fotoqraf qız. Xeyr! Dollar!

Ə s ə d u l l a (özünü itirmiş halda yavaşdan). Rublla olsaydı, elə mən də alardım!.. (Bərkdən)

Alə, adun da yadımdan çıxdı, şey, hardasan sən?

Eynşteyn (elə bil ki, yerin altından peyda olub özünü yetirir). Bəli! Burdayam, Əsədulla

məllim!

Ə s ə d u l l a (qəzəblə Eynşteynə tərəf gələ-gələ onu təpiklə vurmağa hazırlaşır). Alə, bəs, sən

deyirdün ki, bu dilənçidi?

Eynşteyn(ətrafdakı müxbirlərə baxaraq ürəklənir). Xeyr! Siz düz demirsiniz, Əsədulla

məllim!

Ə s ə d u l l a (gözləri kəlləsinə çıxır). Mən?! Alə, mən düz demirəm?!

Eynşteyn. «Boinq»lər çox gözəl təyyarələrdir!

Ə s ə d u l l a. Mən bəyəm deyirəm pisdi?

Eynşteyn(müxbirlərə baxa-baxa). Xeyr! Xeyr! «Boinq»lər çox gözəl təyyarələrdir! Xalqımızın

bu ağır günündə bizimçün böyük hədiyyədir! (Müxbirlərin arasına qaçır.)

160

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!