16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

Birdən-birə işıq yalnız Silvananın və onunla üz-üzə gələn

Dayının üzərinə düşür.

D a y ı (şaşqın). Aman!.. Bu doğrudanmı sizsiniz?!

S i l v a n a (təəccüblə). Nə?

D a y ı. Mənim həyatımın mənası!.. Sizin bundan xəbəriniz yoxdu...

S i l v a n a. Siz nə danışırsınız?

D a y ı. Əlbəttə, sizin xəbəriniz yoxdu! Siz hardan biləsiniz? Siz hardan biləsiniz ki, mən, sadə

bir insan, bütün həyatım boyu sizin... sizin eşqinizlə yaşamışam?!

S i l v a n a. Nə?

D a y ı. Bəli! Bəli! Yüz dəfə bəli! Min dəfə bəli! Biz haçansa rastlaşmalıydıq! Mən haçansa bu

sözləri sizə deməliydim! Bu etiraf olmalıydı!

S i l v a n a (yavaş-yavaş nazlanaraq). Axı, mən sizi tanımıram...

D a y ı. Əlbəttə... Amma sizi Azərbaycanda tanımayan yoxdu! Siz Azərbaycanın Sara

Bernarısınız!

S i l v a n a (yavaş-yavaş həvəslənərək). O-o-o... Siz Sara Bernarı da tanıyırsınız?..

D a y ı. Illərdən bəri sizin xəyalınızla nəfəs alıb teatrdan bixəbər qalmaq bəyəm mümkündür?

Yox, mümkün deyil! Əyər siz də Sara kimi Fransada yaşasaydınız, təkcə Azərbaycan yox, bütün

dünya sizə heyran qalardı. Sizin Dezdemona!.. Sizin səsiniz!... (Dezdemonanın səsiylə)

Mən Mavrı sevdim ki, çəkib dərd, bəla,

Hər zaman, hər yerdə qalım onunla...

Bütün aləm bilir artıq bu işi,

Məni oda atıb bəxtin gərdişi...

Onun mərdliyinə məftun olmuşam...

Otellonun -

eşqi ilə çırpınan quşam...

Ah!.. Bu sözləri sizdən başqa kim belə deyə bilər? Kim? (Qışqırır.) Kim?

S i l v a n a (xoş bir həyəcanla). Sakit olun...

D a y ı. Heç kim! Heç kim!

Mənim əziz atam...

Sən mənə vermisən həyat, tərbiyə,

Mən sənə borcluyam qızınam deyə,

Fəqət...

Ərim vardır...

Pauza.

Heç kim! Heç kim! Siz! Yalnız siz!

S i l v a n a. Doğrusu... Mən birinci dəfədi sizin kimi pərəstişkar görürəm...

D a y ı. Yox... Mən sizin yalnız pərəstişkarınız deyiləm? Mən, mən... Mən aşiqəm! Sizi beləcə

üz-üzə görən kimi hər şeyi unutdum... Əhməd də yadımdan çıxdı getdi!..

S i l v a n a. A-a-a!.. Əhmədin o dayısı sizsiniz, hə?

Dayı başını tərpədir, yəni ki, bəli, mənəm.

187

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!