16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ikinci kişi. Bir dəqiqə dayanın. Indi təzə şirkətlər yaranıb. Bəzən çox yaşlı adamlar, o adamlar

ki, hələ qohumlarını, valideynlərini yadlarında saxlayıblar, ölüb getmiş babalarını, nənələrini o

şirkətlərə xüsusi sifariş verirlər. Orda kompyüterlər həmin adam haqqında bütün məlumatları

toplayır: görkəmi necəydi, hansı rəngi xoşlayırdı, kimləri tanıyırdı, xasiyyəti necə idi və sairə. Sonra

da kompyüterlər o adamın surətini yaradır və sifarişçi ilə görüşdürür. Başa düşdüz? Ancaq məsələ

burasındadı ki, mən sizi sifariş etməmişəm... Heç ağlıma da gəlməzdi... Mənim nəyimə lazımsız ki,

o qədər pul verib, sizi xüsusi sifariş edim?

Birinci kişi (əvvəlcə mizin üstündəki çörəyi-pendiri də büküb götürmək istəyir, sonra fikrindən

daşınıb əlini yelləyir və otaqdan çıxmaq istəyir). Xudahafiz!

Ikinci kişi Inanmırsız, hə? (Ora-bura baxır ki, nə sübut gətirsin.) Bax, mənim başımı görürsüz?

Birinci kişi (acıqla). Olmaz o başdan!

Ikinci kişi. Hə! Indi laboratoriyalarda uşaqlar yaranan kimi, başları tüksüzləşdirilir. Çünki saç,

tük insana əlavə qayğıdı.

Birinci kişi. Indi hamının başı sizinki kimidi?

Ikinci kişi. Əlbəttə!

Birinci kişi. Arvadların da başı?

Ikinci kişi. Bəs necə!

Birinci kişi (səbrsiz). Bilirsən nə var, xala oğlu? Səninki səndə, mənimki də məndə! Xudahafiz!

Ikinci kişi. Bu saat. (Ekranın altındakı düymələrdən birini basır. Ekranda cürbəcür rəmzlər,

fiqurlar, yazılar bir-birini əvəz edir. Diqqətlə ekrana baxa-baxa) Sizin qızınızın adı Gülüş idi.

Birinci kişi (qapını açıb otaqdan çıxmaq istərkən ayaq saxlayır və tələsik). Bəli! Gülüş mənim

qızımdır!

Ikinci kişi. Görürsüz ki?! Mənim nənəm həmin o Gülüşün qızıdı.

Birinci kişi. Nə?

Ikinci kişi. Deməli, mən o Gülüşün... Sizin qızınız oldu də, elə deyilmi? Bax, mən o Gülüşün

nəvəsinin oğluyam, yəni necə deyirlər buna? Nəticəsiyəm...

Birinci kişi (əsəbi bir rişxəndlə). Mən də sənin ulu baban, hə?

Ikinci kişi (sakit). Əlbəttə!.. Belə çıxır də... (Ekranın altındakı düymələrdən birini basmaq

istəyir.) Qoyun, bu saat baxım, deyim sizə ki, nə vaxt ölmüsüz?.. Nə oldu onun adı? Hə, Gülüş.

Deyim ki, Gülüş nə vaxt ölüb...

Birinci kişi (tələsik və gərgin). Yox!.. Lazım deyil!.. Onda... Onda bəs Könül hanı?

Ikinci kişi. Hansı Könül?

Birinci kişi. Necə yəni hansı Könül? Gülüşü tanıyırsan, Könülü yox? Gülüşün bacısı də! Sənin

nənənin xalası... (Sarsılmış) Allah!.. Mən, deyəsən, doğrudan da, dəli oluram!.. Necə yəni bunun

nənəsinin xalası?..

Ikinci kişi. Yox, siz dəli olmamısız... Sizə belə gəlir...

Pauza.

Necə oldu onun adı?

Birinci kişi. Kimin?

Ikinci kişi. Onun də... O bacının...

Birinci kişi. Könülü deyirsən?

Ikinci kişi (başını tərpədir). Mən elə adam eşitməmişəm. Yox, eşitməmişəm...

Birinci kişi. Bəs, deyirsən Gülüşün nəticəsisən? Sən necə Gülüşün nəticəsisən ki, Könüldən

xəbərin yoxdu?

Ikinci kişi. Axı, mənim nəyimə lazımdı ki, nənəmin mən nə bilim, kiminin kimi kimdi?..

(Gülür.) Qəribə psixologiyadı...

Birinci kişi. Onda... Onda... Mon...Mon...

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!