16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

D o s t (get-gedə vəcdə gələrək). Xeyr! Mən bu sözləri özümə görə demirəm! Mən bütün türk

dünyasını duyuram! Hiss edirəm!.. Siz mənim üçün elə bir enerji mənbəyi olardınız ki, mənim türk

dünyasındakı fəaliyyətim xarüqələr yaradardı!..

X a n ı m. Xahiş edirəm bir daha belə sözlər danışmayasız!.. Mən razı ola bilmərəm ki, mənim

həyat yoldaşımın siyasi karyerasına xələl toxunsun!.. Görürsüz, pis qadınlar Klintonu necə

incidirlər? Mən buna razı ola bilmərəm!

D o s t. Xeyr! Siz qorxa bilməzsiz! Siz boz qurd ürəkli türk xanımlarının nəvəsisiniz! Mən sizi

kökünüzə, soyunuza qaytaracağam! Biz yeni bir həyat qurmalıyıq!

X a n ı m. Yenə belə sözlər danışırsız? (Birdən-birə coşğun bir ruh yüksəkliyi ilə.) Gəlin...

gəlin biz həqiqət aşiqi olaq!

Pauza.

D o s t. Nasıl?

X a n ı m. Həqiqət aşiqi!

D o s t. O nasıl olur?

X a n ı m. Siz bizim partiyaya daxil olun!

D o s t. Sizin partiyaya?

X a n ı m. Bəli!

D o s t. O nə partiyadı elə?

X a n ı m. Azərbaycan Ali Həqiqət Partiyası! (Yumruğunu yuxarı qaldıraraq ehtirasla)

Ölkəmizin aparıcı partiyası! Biz xalqımızın rifahına nail olmaq üçün hakimiyyət uğrunda mübarizə

aparırıq! Gəlin! Gəlin biz sizinlə əqidə dostu olaq! Məslək yoldaşı olaq! Mənim həyat yoldaşım

bizim partiyanın sədridir! Mən də Baş katibəm! Gəlin, siz də ideoloji katib olun!

D o s t. Axı, mən pantürkist olmuşam!

X a n ı m. Nə olsun? Bizim siyasi savadı çatışmayan camaatımızdı buna pis baxan! Türkiyədə,

kim istəyir, bu partiyadan çıxıb o birinə girir! Siz də indi bizim partiyanın ideoloji katibi olun!

K i ş i (boğazını arıtlayır.) Əhə-əhə!..

X a n ı m (onu görüb özünü itirərək yavaşdan). Ah, görəsən heç nə eşitmədi ki?..

D o s t. Gəldin?

K i ş i. Gəldim və gedirəm!

D o s t. Hara gedirsən? Mənim səndən xahişim var axı!

K i ş i. (o biri otağa gedə-gedə). Yox! Mən qurtardım daha! Mənim başım çatdayır! Mən daha

dözə bilmirəm! (Xanıma) Əriniz sizi həyətdə gözləyir! (Səhnədən çıxır.)

D o s t. Buna nə olub belə?

X a n ı m (eyni təşvişlə). Görəsən, bizim söhbətimizi eşitmədi ki?

D o s t. Siz nə üçün belə həyəcanlanırsız? Axı, siz Tomrisin nəvəsisiz!

X a n ı m. Xeyr! Mənim nənəmin adı Nisəbacı idi!

D o s t (eyni şövqlə). Siz Nüşabənin nəvəsisiz!

X a n ı m. Yox! Mənim o biri nənəmin adı Qızxanım idi! Mən getdim!.. (Səhnədən çıxmaq

istəyir.)

D o s t. Bir dəqiqə əcələ edin! (Onun ardınca gedir.)

X a n ı m. Yox!

A r v a d (əlində məcməyi səhnəyə daxil olur). Hara gedirsiz? Bəs çay?

Q ı z (tələsik səhnəyə gəlir). Suzik deyirdi ki...

İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL

266

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!