16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə s ə d u l l a. Onda de görüm nolub? Bu gedir axı, vaxt itir. Mən də ki, fransızca bilmirəm.

E y n ş t e y n (həyəcanla). Mən... Mən...

Ə s ə d u l l a (səbrsiz). Hə?

Eynşteyn. Mən... Mən Züleyxa xanımı... özüm sevirəm! (Əli ilə sifətini qapayıb, çiyinlərini

daha da bərkdən atır.)

Pauza.

Ə s ə d u l l a (Eynşteynin qolunu buraxıb uzaqlaşır). Ay-hay! Axmaq oğlu, axmaq!.. Salasan

ayağuvun altına, o qədər çəkəsən ki, nöyüt iyi verə, bir də belə qələt eləməyə! Zəmanəyə bax də!..

Gör kim ürək eləyib mənə nə deyir?!

Ə h m ə d b ə y. Müsyö! Madam! (Özünü göstərir.) O getmək!.. Opera!..

Ə s ə d u l l a. Bir dəqiqə! Bir dəqiqə! (Eynşteynə) Bura gəl! Demirəm sənə bura gəl?!

E y n ş t e y n. Vurarsuz axı, məni...

Ə s ə d u l l a. Yox, bura gəl (Əhməd bəyi göstərir.) Bunun yanında necə vurum səni?

(Yaxınlaşan Eynşteynin qolundan yapışır.) Sən o qələti elədün, eləməmiş olasan. Sən demədin, mən

eşitmədim! Bildin? Özünü yaxçı apararsan, mən də sənə kömək eləyərəm, burda bir yaxcı qız alarıq

sənə! Gic olmaginən! Davay! Görmürsən gedir? Davay! Züleyxa xanım barəsində bir-iki kəlmə

deginən! Fransada belə lazımdı.

E y n ş t e y n (burnunu çəkə-çəkə). Züleyxa xanım çox gözəl!.. Ilahi!.. Institutda komsomol

katibi idi!..

Ə s ə d u l l a (tələsik). Orası lazım döyül!..

Ə h m ə d b ə y. Mən getmək!.. (Saatına baxır.) Opera!..

Ə s ə d u l l a (hirslənir). Alə, evlənmək istəmirsən sən?!

F i r ə n g i z x a n ı m. Özünnən çıxma, Əsədulla.

Ə s ə d u l l a. Görmürsən?! (Əhməd bəyə) Balam, evlənmək istəmirsən sən?

Ə h m ə d b ə y. Bali!.. (Özünü göstərir.) O evlənmək!.. Uşaq olmaq!.. Oğlan!..

E y n ş t e y n. Istəyir ki, evlənsin, uşağı olsun! Istəyir ki, oğlu... oğlu olsun... (Ağlamsınır.)

Ə s ə d u l l a. Ay bərəkallah! Əsl kişidi də! Görürsən, istəyir ki, oğlu olsun!

Ə h m ə d b ə y. Bali! Oğlu olsun! Böyük olsun! Fransa Kommunist Partiyasına otursun!

Ə s ə d u l l a. Nə?

Ə h m ə d b əy (özünü göstərir). Onun oğlu olsun! Sosialist ideallar olsun! Fransa Kommunist

Partiyasına otursun!

Pauza.

Ə s ə d u l l a. Fransa Kommunist Partiyasına otursun?

Ə h m ə d b ə y (başı ilə təsdiq edir). Bali, müsyö...

E y n ş t e y n. Başa düşdüm! Bu istəyir ki, oğlu olsun, böyüsün, girsin Fransa Kommunist

Partiyasına.

Ə h m ə d b ə y. Bali! Bali!

Ə s ə d u l l a (öz-özünə). Ay-hay!.. Oranın milyonerləri bu ağıldadısa, onda vay Fransanın

halına!. (Əhməd bəyə) Deməli, sən istəyirsən ki, Paris olsun qorkom, hə?

Ə h m ə d b ə y (özünü göstərir). O demokrat!.. O istər ki... liberte, eqalite, fraternite! Yani e-

e-e... azadlıq! E-e-e... barabarlik! E-e-e... kardaşlık! Bildi?

Ə s ə d u l l a (Eynşteynə). Nə deyir, alə, bu? Azaqlıqdan-zaddan danışır. Deyəsən, bu

mitinqlər ona da təsir eləyib?!

Ə h m ə d b ə y. Yok! Mitinq yok! Fransız inqilabı! Böyük inqilab!

Ə s ə d u l l a (Eynşteynə). Bu nə deyir, ay başına dönüm sənün?

143

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!