16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M ü ə l l i f (dərhal yerindən qalxır). Yox! Gülzar! Burda mən heç vaxt kompromisə

getmərəm! Bilirsiz ki, məllim, sizə hörmətim var, ancaq...

Baş rejissor (tələsik). Hə, Gülzar! Gülzar ilə Yadigar bir-birlərini sevirlər, ancaq... professor

Yadigar Azərbaycan Milli Istiqlal Partiyasının təəssübkeşidir... Elə konflikt də bunun üzərində

qurulmalıdır!

Katibə (telefon dəstəyinə). Vay-vay-vay!.. Əri xəbər tutub deyirsən, hə?!

M ü ə l l i f. Axı, onda...

Baş rejissor. Yenə nə «axı»?

M ü ə l l i f. Axı, onda təzə bir əsər yazılmalıdı də... Mənim əsərim axı başqa şeydi...

Baş rejissor. Yaz də!

Müəllif. Axı, dünən restoranda dediz ki, «Hamlet»i qoyuram bir tərəfə, sabahdan bu əsəri

başlayıram!..

Baş rejissor. Kim? Mən dedim?..

M ü ə l l i f. Bəli...

Baş rejissor. Indi nə deyirəm ki? Yaz gətir, tamaşaya qoyaq də! Istedad səndə! Həyat təcrübəsi

səndə! Qorxursan?

Müəllif (ehtirasla). Xeyr! Mən heç vaxt əsər yazmaqdan qorxmamışam!

Direktor. Bəli! Olum, ya ölüm?! Budur məsələ!

Baş rejissor. Vəssalam! Qorxma! Yaz! Yarat! Bura teatrdı e, teatr!

Işıq yalnız Müəllifin üzərinə düşür, qaranlıqdan isə Xorun oxuduğu nəqərat eşidilir:

Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

Məzhəkədi, məzhəkə!..

Tamaşadır, tamaşa!..

Yaşa, teatr, yaşa!..

Min yaşa, min bir yaşa!..

M ü ə l l i f. Mən axıracan gedəcəyəm! Mən bu sənət pyaniskələrinə sübut edəcəyəm ki,

istedadın qarşısına sədd çəkmək olmaz! Qurtardı daha restoran! Qurtardı! Daha aldanmayacağam!

Sənət sadəlövhlüyü bağışlamır! Bu bir də qulağının dalını görər, restoran görsə! Elə bu gün gedib

Milli Istiqlal Partiyasının proqramını tapıb oxuyacağam! Yadigar gərək proqramı əzbər bilsin!

Nizamnaməni də! Mən yazacağam! Mən sübut edəcəyəm! (Iti addımlarla səhnədən çıxır.)

İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL

Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri. Katibə, D i r e k t o r, Baş rejissor, D a y ı.

Katibə öz mizinin arxasında oturub, telefonla danışır. Baş rejissor öz kabinetində «Hamlet»lə məşğuldu. Direktor

öz kabinetində televizora baxır. Dayı qəbul otağına girir.

D a y ı. Salam...

K a t i b ə (bir əli telefon dəstəyində, o biri əli ilə hər iki kabinetə işarə edir). Olmaz!

D a y ı. Niyə?

K a t i b ə. Işləyirlər!

D a y ı. Ikisi də?

K a t i b ə. Bəli!

199

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!