16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Eynşteyn. Bu deyir ki, o sözlər ki, var, azadlıq-zad, onları Böyük fransız inqilabında deyiblər.

Ə h m ə d b ə y. Bali! Bali!

Ə s ə d u l l a. Pah atonan! Fransada da?!

F i r ə n g i z x a n ı m. Onnar da Domsovetin qabağına çıxıb belə mitinq edirdilər?

Ə h m ə d b ə y. Indi yok. (Barmağı ilə göstərir.) Iki yüz il əvvəl!

E y n ş t e y n. Deyir ki, indi yox, iki yüz il bunnan əvvəl deyirdilər.

Ə s ə d u l l a (rahat nəfəs alır). Əşşi!.. Iki yüz il bunnan qabaq nə deyiblər, qoy desinlər də!..

Yaxşı eləyiblər, halal xoşları olsun! Indi demirlər ki?

Ə h m ə d b ə y. Indi yok!

Ə s ə d u l l a. Vot, malades! Bəs, onda oğluvu niyə istəyirsən ki, Kommunist Partiyasına

girsin?

Ə h m ə d b ə y. Girməsin?

Ə s ə d u l l a. Nırç! (Başını atır.) Bura gəl! (Əhməd bəyin qolundan tutub kənara çəkir.) Sən

özümüzünküsən! (Eynşteynə işarə ilə) Onun yanında demirəm, gedib satar məni! Nə bilirsən, KQBedi

bəlkə? Bura səninçün Paris döyül e, a bəxtəvər!.. (Pıçıltıyla) Lazım deyil!

Ə h m ə d b ə y. Lazım deyil nə?

Ə s ə d u l l a (ora-bura baxa-baxa pıçıltıyla). Lazım deyil, oğluvu Fransa Kommunist

Partiyasına qoyma...

Ə h m ə d b ə y. Niyə qoyma?..

Ə s ə d u l l a (öz-özünə). Alə, birdən bunun özü KQB olar ey?!

Ə h m ə d b ə y. Niyə qoyma?

Ə s ə d u l l a. Fransa olanda nolar? Kommunistdi də!.. Böyüyüb olacaq kommunist, sonra da

var-yoxunu alacaqlar əlündən, keçəcəksən talonnan zamarojınnı camış ətindən yeməyə! Ya da gərək

mənim kimi olasan, onu da ki, sən bacarmazsan! Lap oldun mən, qazandun bu hökuməti sökə-sökə,

nolsun? Xərcliyə bilməyəcəksən əməlli-başlı!

Ə h m ə d b ə y. Bəs siz kommunist?

Ə s ə d u l l a. Mən? Əşşi, mən elə-belə kommunistəm! (Əlini yelləyir.) Gəl! (Səhnənin

ortasına qayıdırlar. Eynşteynə) Deyirdim buna ki, oğlunu mütləq qoysun Fransa Kommunist

Partiyasına! Qoy Fransa da ağ günə çıxsın!

Əhməd bəy (saatına baxır). Mən getmək! Vaxt yok! Opera!

Ə s ə d u l l a (hirsini saxlaya bilmir). Alə, bəs sən necə milyonçusan? Milyonçu da belə

tələsə-tələsə evlənməyə gələr vətənə? Adam vətəni operaya satmaz!

Ə h m ə d b ə y. Milyon!.. Milyon!.. (Əsəbi halda) Hamı milyon! Milyon!.. Qızı almaq istədi

milyon yok, o! (Özünü göstərir.) O!.. (Qaçıb səhnədən çıxır.)

Ə s ə d u l l a. Alə! Adun zəhrimar da yadımdan çıxır həmişə!

E y n ş t e y n. Eynşteyn!

Ə s ə d u l l a. Nə dayanmısan? Qaçdı getdi operaya!

E y n ş t e y n (yerindən tərpənmədən). Axı, siz...

Ə s ə d u l l a. Nə mən?

E y n ş t e y n (utana-utana). Siz soz vermişdiniz...

Ə s ə d u l l a. Nə söz?

E y n ş t e y n (utana-utana). Siz indi mənə söz vermişdiniz... Saroçka... Bir də papaq...

Ə s ə d u l l a. Alə!... Alə, adamın da belə adı olar? Eynşteyn! Alə, sən belə adnan o boyda

SEKA-da necə işləmisən?! (Təpiklə Eynşteyni vurmaq istəyir. Eynşteyn qaçıb səhnədən çıxır.)

F i r ə n g i z x a n ı m. Əsədulla!..

Ə s ə d u l l a. Nədi?

F i r ə n g i z x a n ı m. Deyirəm, o cür ki, Fransanı deyirlər e, orda bəs dolma yemirlər də

heç? Hə?!

144

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!