16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

(Arvada tərəf baxır.)

Bir ifritə var...

O da ki, sənsən...

A r v a d. Nə deyirsən e, elə? (Tamaşaçılara) Axır vaxtlar buna söz deyirəm, dodaqaltı nəsə

mızıldayır, heç nə başa düşmürəm... (Yenə Kişiyə) Evin kişisisən də! Bəs kimə deyək dərdimizi?

Hə? Kimə? Bax! (Əli ilə tavanı göstərir.) Bu da bizim işığımız! Bir dənə lampa sallanıb orda, elə bil

əsgər qazarmasıdı! Iraq olsun! Üç ildi söz verirsən, amma bir dənə fərli lüstür alıb gətirib vurmursan

ora!

K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əladı hər şey...

Dünya gözəldir...

Həyat gözəldir...

A r v a d. Nə?

K i ş i (eləcə özü üçün oxuyur).

Bir ifritə var...

O da ki, sənsən...

A r v a d. Eşitmirəm e, nə deyirsən!..

Pauza.

Nədi? Düz demirəm? Camaatın evinə top vursan, dağılmaz! Ode, Suzik deyirmiş ki...

Yekəpər bir cavan olan Oğul əynində mayka-trusik, gözlərini ovxalaya-ovxalaya səhnəyə daxil olur.

(Oğula tərəf baxa-baxa) Uşağı da yuxudan durğuzdun.

K i ş i (Oğula baxa-baxa). Bu uşağı?

A r v a d. Bəs hansı uşağı?

Pauza.

O ğ u l. Balaca Valodyanı bu gün yuxuda görmüşəm!

A r v a d. Xeyir olsun!.. Nə deyirdi?

O ğ u l (doluxsunur). Deyirdi ki... Deyirdi ki, Qorbaçov beynəlxalq imperializmin şipyonudu!

A r v a d (barmaqlarının ucuna qalxıb əli ilə Oğulun saçlarını sığallayır). Yaxşı... Sən day

özünü üzmə...

Kişi(özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... (Bərkdən) Yaxşı! Mən getdim!

A r v a d. Nə olaydı, işdən qayıdanda məni bəxtəvər edəydin... Bir böyük karopka gətirəydin,

verəydin mənə, «Al, – deyəydin, – əzizim! Təzə lüstürümüzdü!» Eh... (Doluxsunur.) Allah o günü

mənə qismət etməyəcək... Nə isə... Hərənin öz qisməti!.. Gələndə iki dənə çörək alarsan...

K i ş i (özünü saxlaya bilməyib, Oğula tərəf qışqırır). Çörəyi bu alsın də!

O ğ u l. Mən Siyasi Büronun iclasına tələsirəm!

A r v a d (Kişiyə). Yaxşı də... Onsuz da gecə uşaq o cürə yuxu görüb...

Oğul yenə başını aşağı salıb doluxsunur.

(Tənə ilə Kişiyə) Görürsən... (Əlindəki kağızları bir-bir Kişiyə uzadır.) Al. Dünən gəlib,

işıqpulunu ver.

253

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!