16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M ə m m ə d b a ğ ı r. Heç...

X a n ı m a r v a d. Sağ olun. (Getmək istəyir.)

Qapı bərkdən döyülür.

Ə l i a b b a s k i ş i (həyəcanla). Gecə vaxtı bu kimdi belə?

H ə l i m ə (həyəcanla). Xeyir olsun!..

Ə l i a b b a s kişi. Kimdi?

Səs.Aç, hökumət adamlarıdı.

Ə l i a b b a s k i ş i. Hökumət adamları?

H ə l i m ə. Ay Allah, sənə qurban olum!..

Ə l i a b b a s k i ş i. Bu saat, bir dəqiqə... Gözlə... (Həliməyə) Dur, dur geyin!.. Cəld ol,

geyin...

H ə l i m ə (ayağa qalxıb yorğana bürünür). Tez aç! Sındıracaqlar qapını.

Əliabbas kişi qapını açır. Şinelli kişi ilə iki orqan işçisi içəri girir.

Ş i n e l l i k i ş i. Deməli, qapını hökumətin üzünə bağlayırsan?

Ə l i a b b a s k i ş i. Niyə bağlayıram? Bağlamıram... Mənim hökumətdən gizli işim yoxdu...

Ş i n e l l i k i ş i. A kişi, indi üzümüzə duracaqsan? Bağlı deyildi qapı?

Ə l i a b b a s k i ş i. Gecə qapını bağlayarlar də...

Ş i n e l l i k i ş i. Bəs niyə açmırdın?

Ə l i a b b a s kişi. Gecənin yarısı... Arvad-uşaq yorğan-döşəkdə...

Ş i n e l l i k i ş i. Deməli, arvad-uşağın qaydına qalırsan, amma hökumət adamlarını yağışın

altında saxlayırsan, hə?! (Orqan işçilərinə) Bunun nəfəsi də düşmən nəfəsidir! Belələrini az

görməmişik! (Xanım arvada baxır.) Bəs bu kimdi belə?

Ə l i a b b a s k i ş i. Qonşumuzdu...

H ə l i m ə. Xəstəyəm, məni yoluxmağa gəlib...

Ş i n e l l i k i ş i (Xanım arvada). Dayan burda! (Əliabbas kişiyə) Qızılları gətir!

Ə l i a b b a s k i ş i. Nəyi gətirim?

Ş i n e l l i k i ş i. Qızılları!

Ə l i a b b a s k i ş i. Hansı qızılları?

Ş i n e l l i k i ş i. Nikolay qızıllarını! Kasıbları, yoxsulları soyub yığdığın qızılları!..

Ə l i a b b a s k i ş i. Mən hamamçıyam... Soyğunçu deyiləm...

Ş i n e l l i k i ş i. Deməli, soymurdun kasıbları?!

Ə l i a b b a s k i ş i. Özüm-özümü soymayacağam ki! Kasıb elə mən özüməm də...

Ş i n e l l i k i ş i (orqan işçilərinə). Belələri o qədər acgözdü ki, qızılları özbaşına gətirib

hökumətə verməz! Belələri qızılı özlərindən də çox istəyirlər! Proletariat əziyyət çəkir, belələri isə

qızılın üstündə oturub onların əməyindən bəhrələnir! (Əliabbas kişiyə) Sən öz xoşunla verməyəndə,

elə bilirsən, tapa bilməyəcəyik? (Orqan işçilərinə) Axtarın!

Orqan işçiləri evi axtarırlar.

Ş i n e l l i k i ş i. Qızıl hardadır? Yorğan-döşəyi axtarın!

Ə l i a b b a s k i ş i. Azərbaycanlı döyülsən sən?

Ş i n e l l i k i ş i. Sənin kimi azərbaycanlı olub, ölkənin bu çətin vaxtında, yetim-yesirdən

qızıl gizlətməkdənsə, qaraçı olmaq yaxşıdır! (Yorğan-döşəyə tərəf baxır.)

H ə l i m ə. Gəlün... Gəlün... Başuvuza dönüm... Gəlün axtarın... Noolar?... Hərə öz işini görür

də... Gəlün... Gəlün... Axtarun... Ancaq ciyəriyanmışlar kimdirsə, aldadıb sizi! Bizdə qızıl yoxdu!

Ş i n e l l i k i ş i. Yorğanı yoxlayın!

356

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!