16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

B a l a k ə r i m, Ə l ə k b ə r, G ü l a ğ a, S u ğ r a, X a n ı m

a r v a d, S o n a, Ə l i a b b a s k i ş i, Q o c a, M e y r a n q u l u.

Məhəllə. Günorta.

Balakərimlə Ələkbər həyətin bir küncündə oturub. Meyranqulu taxta mizi təmir edir. Qoca ona kömək edir.

Gülağa ilə Suğra əl-ələ tutub bir-biri ilə nəsə danışa-danışa səhnədən keçirlər.

B a l a k ə r i m. Lap qədim vaxtlarda, Süleyman peyğəmbər var idi, Ələkbər. Bu Süleyman

peyğəmbərin bir arvadı var idi. Adı Bilqeyis idi. Çox da sədaqətli arvad idi. Bir də bir dəvəquşusu

var idi.

Ə l ə k b ə r. Onun adı nə idi?

B a l a k ə r i m. O quşun adı Bubbu idi.

Ə l ə k b ə r. Bubbu?

B a l a k ə r i m. Həri, Bubbu. Bu Bubbu quşu Süleyman peyğəmbərlə Bilqeyisin sirlərini birbirlərinə

çatdırırdı. Bizim bu Gülağa ki, var a, Ələkbər, bax, həmin Süleymandır. Suğra da

Bilqeyisdir. O ki, qaldı Bubbu quşuna, o da, elə Gülağa ilə Suğranın özüdür... Bilirsən, nöşün?

Çünki onların bir-birindən sirri yoxdu...

X a n ı m a r v a d (pəncərədən boylanır). Ələkbər, bir dəyqə qalx yuxarı...

Ələkbər Balakərimin yanından durub pilləkənlə yuxarı qalxır.

Xanım arvad əlində kiçik bir qazan eşiyə çıxır.

X a n ı m a r v a d. Ələkbər, başuva dönüm, bunu apar ver Əliabbas kişiyə... Soruş, görək

necədi?...

Ələkbər qazançanı alıb aşağı düşür. Əliabbas kişinin evi işıqlanır. Ələkbər içəri girir. Qazançanı mizin üstünə

qoyur. Ələkbər kişi çarpayının üstündə oturub.

Ə l ə k b ə r. Bunu Xanım xala göndərib. Özü də soruşur ki, necəsən?

Ə l i a b b a s k i ş i (öskürə-öskürə). Balam, Iranda adama salam-zad vermirlər?

Ə l ə k b ə r. Bilmirəm.

Ə l i a b b a s k i ş i. Niyə, balam? Sən iranlı deyilsən?

Ə l ə k b ə r. Yox.

Ə l i a b b a s k i ş i. Bəs haralısan?

Ə l ə k b ə r. Bizim mələli...

Ə l i a b b a s k i ş i. Onda, ay bizim mələli, onda əvvəlcə bir Allahın salamını ver, sonra

sözüvü de də...

Ə l ə k b ə r. Salam-əleyküm.

Ə l i a b b a s k i ş i. Ay baban rəhmətlik! Allah atava da can sağlığı versin. Iranlı olanda nə

olar, yaxçı kişidir. Əleykümə salam, kişi qırığı! (Öskürür.) Necəyəm? Hər işim qaydasındadı. Bircə

Bəzmi-Süleymanım çatışmır. Bilirsən də, Ələkbər, sənin adaşın Mirzə Ələkbər əhli-qələm olub.

Sabir! Eşitmisən?

Ə l ə k b ə r. Yox.

362

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!