16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(Yenidən qədəhə araq süzür.)

M ü ə l l i f. Mən birinci gəlmişdim! (Katibəyə) Mən sizdən şikayət eləyəcəyəm!

K a t i b ə. Əşi, əl çək məndən də! Istəyirsən nişanlıma deyim?! (Telefon dəstəyinə) Yox,

sənnən deyiləm!.. Necə yəni hansı nişanlım?..

Dayı(qədəhi qaldırır).

...Mənim ömrümün

Dərdini hamıya, hamıya anlat!..

(Qədəhi başına çəkir.)

B a ş r e j i s s o r. Yaxşı, yaxşı! Əhmədi bu teatra qaytarmaq mənə borc olsun! Söz verirəm!

(Danışa-danışa ayağa qalxıb mizin üstündəki arağı götürür.) Söz verirəm ki, onun məsələsini çox

ciddi qoyacağam! Əhməd, teatra qayıtmalıdır! (Get-gedə qızışır.) Gənc istedadlarla belə rəftar

eləmək olmaz! Biz istedadların qədrini bilməliyik! Mən söz verirəm! Nə vaxtsa mən də bu teatrda

öz sözümü deməliydim! Indi deyəcəyəm!

D a y ı (ayağa qalxır). Deməsəz yazacam!

B a ş r e j i s s o r. Nə? Siz də pyes yazırsız?

D a y ı (barmağı ilə Baş rejissorun əlindəki arağı göstərir). Prezidentin müşavirinə sizdən

şikayət yazacağam! (Iti addımlarla qəbul otağına çıxır.)

Müəllif (yerindən qalxaraq). Mən sizdən əvvəl gəlmişdim! Insan hüququ toxunulmazdı!

(Əlində portfel özünü Baş rejissorun kabinetinə dürtür.)

K a t i b ə. Olmaz! Məşğuldu! «Hamlet»i işləyir!

D a y ı. Yazıq Şekspir! (Səhnədən çıxır.)

Baş rejissor (Müəllifi görərək əsəbi). Tank!

M ü ə l l i f. Nə?

B a ş r e j i s s o r (qışqırır). Tank! Tank!

M ü ə l l i f. Nə tank?

D i r e k t o r. Sancır! Sancır dalağım!

Baş rejissor. Ayıb deyil?! Ölkədə müharibə gedir! Erməni kəndlərimizi yandırır! Qarabağ

əldən gedir! Sən də başlamısan ki, dəvə belə gəldi, buzov belə getdi, mən nə bilim, qoyun nə oldu?!

Ayıbdır! Tank olmalıdır! Güləndam da...

Müəllif (dərhal coşaraq onun sözünü kəsir). Xeyr! Gülzar! Mən öz əqidəmdən dönmərəm!

Baş rejissor. Hə, yaxşı, Gülzar! Gülzar da qadın batalyonunun komandiri!

Müəllif (həyəcanla). Bəs Yadigar?

B a ş r e j i s s o r. Nə Yadigar?

M ü ə l l i f (qışqırır). Gülzarın sevgilisi!

B a ş r e j i s s o r. Yadigar da tankçıdır! Vəssalam! Orduda gərək nizam-intizam olsun! Bu,

teatrdır! Başa düşdün. Teatr! Teatr!

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

Məsxərədir, məsxərə!..

Faciədir, faciə!..

Tamaşadır, tamaşa!..

Yaşa, teatr, yaşa!..

Min yaşa, min bir yaşa!..

- Aman ovçu oxundan,

Xorun üzvləri səhnəyə səpələnirlər.

205

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!