16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Y o l d a ş T ə k. Ola bilər.

Z ü l e y x a. Mən də sizi haradansa tanıyıram...

Y o l d a ş T ə k. Ola bilər.

Ə d i l ə. Dörd il bundan əvvəl 8 Mart bayramı münasibətilə Yoldaş Təkin qəzetdə şəkli çıxıb.

Həyat yoldaşı üçün hədiyyə alanda çəkiblər. Yəqin onu görmüsünüz.

G ü l z a r. Yox, onda mən lap balaca uşaq idim ki, Ada, yadımda qalmazdı...

Züleyxa (Yoldaş Təkə müraciətlə). Siz vaxtilə kino artisti olmamısınız?

Ə d i l ə. Yox a-a-a... Yoldaş Tək qocaman rabitə işçisidir. Nazir özü şəxsən Yoldaş Təki

tanıyır, bir dəfə də adını çəkib məruzə edəndə.

Gülzar(nəsə xatırlayırmış kimi). A-a-a... Mən bildim sizi harada görmüşəm.

Y o l d a ş T ə k (qızları yamsılayaraq). A-a-a... Hər şey gözəldir, hər şey əladır, təkcə

məlum deyil ki, kim-kimi dolayır.

Ə d i l ə (əlini ağzına tutub gülür). A-a-a... Yoldaş Tək, sizdə yumor hissi də varmış ki...

Y o l d a ş T ə k (son dərəcə ciddi). Kifayətdir, yoldaşlar! (Yəqin ki, qızlardan uzaqlaşmaq

xətrinə Babanı səsləyir.) Baba! Ay uşaq, Baba!

Baba (yerindən sıçrayaraq). Bəli, Yoldaş Tək, bəli buyurun!

Y o l d a ş T ə k. Haradasan?

B a b a. Mən elə buradayam, yoldaş Tək! Nə buyurursunuz?

Y o l d a ş T ə k (buyurmağa söz tapmır). Sən orada... Sən orada şeyi zad elə.

B a b a. Baş üstə, Yoldaş Tək! (Yenə öz yerində oturur.)

Y o l d a ş T ə k Ədiləgilin yanından uzaqlaşır.

Ə d i l ə. Görürsünüz də, camaat necə əmrlər verir: şeyi zad elə. Hər şey belədir...

Z ü l e y x a. Əcəb də o saat başa düşürlər bu əmrləri: «Şeyi zad elə», «Baş üstə, yoldaş

filankəs».

G ü l z a r. Əntiqə oğlanlardır.

Z ü l e y x a. Nə çox belə əntiqə oğlanlar, belə əntiqə qızlar. Ona görə də, anam yazıq neyləsin,

düz deyir: qalmışıq aralıqda.

G ü l z a r. Mürdəşir belə əntiqə oğlanların üzünü yusun.

Ə d i l ə. Yavaş de, Baba eşidər.

G ü l z a r. Eşitsin də, neyləyim?

Ə d i l ə. Necə neyləyim? Baba mürdəşirdir.

G ü l z a r. Nə?

Ə d i l ə. Mürdəşirdi Baba.

Z ü l e y x a. Necə yəni mürdəşirdi Baba?

Ə d i l ə. Mürdəşirdi də. Vaxt tapan kimi qaçıb məsciddə ölüyuyana kömək eləyir.

Gülzar(vahimə ilə). Vay, mama!

Z ü l e y x a. Niyə?

Ə d i l ə. Necə niyə? Pul qazanır də.

G ü l z a r. Vay... Ada, belə adamla bir yerdə necə işləyirsən?

Ə d i l ə. Adam kimi.

G ü l z a r. Qorxmursan?

Ə d i l ə. Nədən qorxacağam?

Gülzar(Züleyxaya). Mən sənə deyirəm ki, bu əvvəlki Ada deyil.

Ə d i l ə. Ona görə ki, Babadan qorxmuram? Babanın nəyindən qorxmalıyam? On il bundan

qabaq olsaydı, qorxardım. Çünki dünyadan xəbərim yox idi, kef eləyirdik özümüzçün, gəzirdik,

oynayırdıq, oxuyurduq...

Z ü l e y x a. Day demirdik ki, ətdən olan divara etibar yoxdur.

89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!