16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

– Azadlıq, ya ölüm!..

– Azərbaycan bölünməzdir!..

– Qaçqınlara yer verin!..

– SSRI! Səni istəmirik!..

– Qarabağı vermərik!..

– Bir dəfə yüksələn bayraq bir daha enməz!..

– Imperiya nökərlərinə ar olsun!..

– Ar olsun!..

– Ar olsun!..

– Ar olsun!..

– Is-te-fa!..

– Is-te-fa!..

– Is-te-fa!..

İ ş ı q s ö n ü r.

ON SƏKKİZİNCİ ŞƏKİL

Həyət. Müxbirlər, Əsədulla, Eynşteyn, Əhməd bəy, Mehdiqulu bəy, Isgəndərzadə, Ivan Ivanoviç, Vera

Nikolayevna, Züleyxa, Süpürgəçi kişi.

Süpürgəçi kişi səhnənin dərinində həmişəki işi ilə məşğuldu: naz süpürgəsi ilə həyəti süpürür. Və birdən-birə, bir

arı dəstəsi kimi, müxbirlər həyətə doluşurlar.

Birinci m ü x b i r. Buradır! Bu həyətdir!

Ikinci m ü x b i r. Heç kim yoxdu!

Üçüncü müxbir. Bu həyət elə bil ki, yatıb!

Fotoqraf qız. Vay!.. Elə bil heç Bakıda deyil bu həyət!

Fotoqraf oğlan. Bakıda o qədər belə həyət var ki!

Birinci m ü x b i r. Indi nə bilək Əhməd bəy harda olur?

Süpürgəçi kişi işini saxlayıb səhnənin dibindən boylana-boylana müxbirlərə tərəf baxır.

Ikinci m ü x b i r. Deyirlər uzaq bir sürücü qohumunu tapıb, onun evində qalır...

Fotoqraf qız. Sadəliyə bax də!

Üçüncü m ü x b i r. Indi biz onu hardan tapaq?

Ikinci m ü x b i r. Kimsə gəlir!

Birinci müxbir(evinə tərəf gedən Əsədullaya). Bağışlayın, bir dəqiqə olar?

Ə s ə d u l l a (yavaşdan). Xeyir ola, bunnar nöşün gəlib dolublar bura? (Bərkdən) Nə lazımdı?

Ikinci m ü x b i r. Siz burada yaşayırsınız?

Ə s ə d u l l a. Bəli. Nolub ki?

Fotoqraf qız. Bəlkə o sürücü elə sizsiniz!

Ə s ə d u l l a. Nə? Mən şoferə oxşuyuram, hə?!

F o t o q r a f q ı z. Bağışlayın! Bizə Əhməd bəy lazımdı!

Fotoqraf oğlan. Zəhmət olmasa, deyin, milyonçu Əhməd bəy bu həyətdə olur?

Ə s ə d u l l a (başını geri atır). Nırç!

Üçüncü müxbir.Necə nırç?

Fotoqraf oğlan. Bizə bu həyətin adını veriblər!

Ə s ə d u l l a. Burda yaşamağına, burda yaşayır, ancaq milyoner döyül!..

Birinci m ü x b i r. Necə yəni milyoner deyil?

Fotoqraf qız. Siz nə danışırsız?

Ə s ə d u l l a. Bəli, avaranın biridi!

Ikinci m ü x b i r. O cür adamçın gör bir nə deyir?

159

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!