16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qatar fit verərək sürətlə gedir.

A r v a d (ürəkdən gülür). Onda... (Gülür.) Onda... Ay səni!.. (Gülür.) Onda mən ölmüşdüm?

K i ş i (gülə-gülə). Bilmirəm... Deyəsən, yox... Ya ölmüşdün?.. Yadıma gəlmir... Hə... Dedi ki...

Dedi ki... (Gülməkdən az qala qəşş etsin.)

A r v a d (uğunub gedir). Yəni... Yəni lap elə dedi? (Gülməkdən az qalır nəfəsi qaralsın.) Vay!..

Gör nə deyib e!..

K i ş i (uğunur). Hə!.. Hə!..

A r v a d (gülməkdən nəfəsi tıncıxa-tıncıxa). Bir az da özündən toqquşdurursan yəqin!..

K i ş i. Yox, vallah!..

A r v a d. Yoxsa ki, tanımıram səni!.. Köhnə xasiyyətindi. Bəzəyirsən...

K i ş i. Vallah, yox!

A r v a d. Çox elə Allaha inanansan!.. (Gülə-gülə.) O elə deyəndə Muxtar da ordaydı?

U z a q d a n g ə l ə n s ə s. Babam 1914-cü ildə Kislovodska istirahətə getmişdi. Bir gün orda

yadına Hövsan soğanı düşmüşdü. Nökərini göndərmişdi ki, gedib Bakıdan ona bir kisə Hövsan

soğanı gətirsin. Nökər də gedib Hövsan soğanını gətirmişdi...

K i ş i. Hansı Muxtar?

A r v a d. Necə yəni hansı Muxtar? Xalan oğlu də!..

K i ş i. A-a-a!.. Dayan görüm... Muxtar... Hə, ordaydı.

A r v a d (gülür). Indi yadına salır o da o sözləri?

K i ş i. Kim? Muxtar?

A r v a d. Hə də.

K i ş i. Əşşi, Allah bilir iyirmi ildi, neçə ildi ölüb gedib Muxtar...

A r v a d. A-a-a...

B i r i n c i s ə r n i ş i n (qatarın pəncərəsindən eşiyə baxır). Buna bax e!.. Başıva dönüm

sənin, belə də zibillik olar?! Buna bax e, hər tərəf zibil içindədi!.. Buralar gül-çiçəyindi e, gülçiçəyin!

Bax, e!.. Bax e, bir!..

I k i n c i s ə r n i ş i n. Baxmıram!

Ü ç ü n c ü s ə r n i ş i n. Ay Allah, qurban olum sənə!.. Ilin, ayın bu vaxtında xiyarın kilosu altı

manata! Altı manat e!.. Köhnə pulla altmış manat! Yüz iyirmini böl altıya... Iki, o da sıfır. Iyirmi!

Mənim bir aylıq maaşım iyirmi kilo xiyar eləyir.

Qatar fit verir.

B i r i n c i s ə r n i ş i n. Ona bax e!.. Mazut! Taxta! Kağız! Bax e bir, bax!.. Bax!..

I k i n c i s ə r n i ş i n. Baxmıram!

Ü ç ü n c ü s ə r n i ş i n. Həzrət Abbasa and olsun, pamidorun kilosu beş manata! Yemişin

kilosu dörd manata! Kartof iki manat!..

B i r i n c i s ə r n i ş i n. It ölüsü! Siçovul ölüsü! Qarpız qabığı!..

N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..

Pauza.

A r v a d (gülə-gülə). Səkinəyə danış e, bunu. Səkinəyə! Onun azarı var belə söhbətlərə...

K i ş i. Səkinə hansıdı?

A r v a d. A-a-a!.. Sənə nə olub belə? Səkinə də! Bacın!

K i ş i. Əşşi, Səkinə nə vaxtdı gedib...

A r v a d. Səkinə? Hara gedib?

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!