16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kişi (kiçik pauzadan sonra). Bəs nə üçün siz bu gözəlliyə tamaşa edərkən düşünməmisiniz ki,

öz uğursuz həyatınızla vidalaşasınız? Nə üçün siz düşünməmisiniz ki, nə vaxta qədər bu gözəllik

sizə qəm-qüssə gətirəcək? Nə üçün siz bu gözəlliyə tamaşa etdikdən sonra uğurlu bir həyat

yaşamamısınız?

Ə d i l ə. Çünki, bu, mümkün deyil.

Kişi (gülümsəyir). Bu bir təskinlikdir, elə deyilmi? Bu bir təskinlikdir ki, öz-özünə deyəsən:

«Bu, mümkün deyil».

Ə d i l ə. Yox, bu bir təskinlik deyil, bu, həqiqətdir. Mənim bütün tanışlarım göz önündədir.

Tamaşaçılar da onları görüblər. Onlar üçün də bu, mümkün deyil. Çünki onlar da buna qadir deyil.

Istəyirsiniz onlarla sizi tanış edim? Onda görərsiniz ki, mən haqlıyam, ya yox. Istəyirsinizmi?

K i ş i. Nə olar...

Ə d i l ə. Doğrudan? Siz onlarla tanış olmaq istəyirsiniz? Mən bilirəm, siz bunu mənim üçün

deyirsiniz... Məni öyrənmək üçün deyirsiniz... Onları tamaşaçılara da tanıtmaq istəyirsiniz... Mən

razıyam. Bu, doğrudan, çox maraqlı olar. Ancaq onları sizlə necə tanış edim? (Kiçik pauzadan

sonra) Qoy onlar həyatlarında ən dəyərli hesab etdikləri bir hadisəni sizə danışsınlar. Bütün sualları

siz verin, siz bir növ, hakimsiniz (Işgüzarlıqla) Yaxşı, kimdən başlayaq?

K i ş i. Yoldaş Təkdən.

Ə d i l ə. Oldu. (Çağırır.) Yoldaş Tək! Yoldaş Tək!

Yoldaş Təkin səsi. Mənimləsiniz, yoldaş Ədilə?

Ə d i l ə. Bəli, sizinləyəm. Bir dəqiqəlik bura zəhmət çəkin.

Yoldaş Tək qaranlıqdan çıxıb onlara yaxınlaşır.

Y o l d a ş T ə k. Salaməleyküm (Kişiyə baxaraq yavaşcadan Ədiləyə) Bu yoldaş kimdir belə?

Ə d i l ə. O-o-o... Tanımırsınız? (Yoldaş Təkin qulağına nə isə pıçıldayır.)

Yoldaş Tək(pıçıltı ilə). Yəni lap yuxarıların?

Ə d i l ə başını tərpədərək təsdiq edir.

Y o l d a ş T ə k (yenə pıçıltı ilə). Bəlkə yoldaş Məlikməmmədovdur?

Ə d i l ə. Yox, daha yuxarılardandır. (Barmağı ilə göyü göstərir.) Ordan.

Y o l d a ş T ə k (heyrətlə kişiyə baxır). Pah atonnan!

K i ş i. Siz Alməmməd Gülməmməd oğlu Təksiniz. Əsl familiniz Cəbrayılovdur.

Y o l d a ş T ə k. Bəli, yoldaş... e-e-e... yoldaş... (Ədiləyə baxır, yəni ki, bu yoldaşın famili

nədir?)

K i ş i. Sizin əlli doqquz yaşınız var. Evlisiniz. Üç uşağınız, iki nəvəniz var. Siz poçt şöbəsinin

müdirisiniz.

Y o l d a ş T ə k. Bəli...

K i ş i. Indi siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız.

Y o l d a ş T ə k. Həyatımdakı ən dəyərli hadisəni?

K i ş i. Bəli.

Y o l d a ş T ə k (Ədiləyə). Görəsən neyləyir bunu? Xeyirdir?

K i ş i. Buyurun.

Ə d i l ə çiyinlərini çəkir.

98

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!