16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dünya gözəldir...

Həyat gözəldir...

A r v a d. Nə olub e sənə axır vaxtlar? Elə bil... iraq olsun... öz-özünə danışırsan... Hə?

K i ş i (eləcə öz-özünə). Sakit ol... sakit...

A r v a d. Eh!.. Bir gözəl lüstürümüz asılaydı tavandan, biz də bu axşam oturaydıq onun

işığında!.. (Oğula tərəf) Qorxuram belə işıqda oxumaqdan uşağın gözləri xarab ola...

O ğ u l. Koneçno!

Kimdi axşam vaxtı?

Qapının zəngi çalınır.

Oğul tələsik yerinə oturur və başını daha da aşağı dikib cidd-cəhdlə proletar sinfinin mənafeyini müdafiə edən və

dünyanın başına turp əkmiş məşhur alman iqtisadçısının mütaliəsinə girişir.

(Kişiyə) Qapını aç.

Kişi tərs-tərs Oğula baxır və qalxıb səhnədən çıxır.

O ğ u l (gözlərini kitabdan çəkmədən). Pəh!.. Dəryadı, dərya!..

K i ş i (səhnə arxasından). O-o-o!.. Professor!.. Salam!.. Salam!.. (Əlində yekə və köhnə

portfel tutmuş Professorla birlikdə səhnəyə daxil olurlar.) Siz hara, bura hara?

A r v a d. Xoş gəlmisiz!

O ğ u l. Zdravstvuyte!

K i ş i. Necəsiz?

P r o f e s s o r. Bismillahir-rəhmanir-rəhim!.. Allah deyib, durmuşam!

K i ş i (heyrətlə). Profes-s-sor!.. Bu doğrudan sizsiz?

P r o f e s s o r. Allah qoysa, mənəm!

Pauza.

K i ş i. Sizsiz?

P r o f e s s o r. Inşallah, mənəm!..

K i ş i. Siz ha?!

O ğ u l (təngimiş halda). Ay papa! Day bu yoldaş deyir ki, mənəm də! Özüməm!

K i ş i (elə bil Oğulu eşitmir və əvvəlki heyrətlə). Bəs... Bəs bu nə sözlərdi belə?

P r o f e s s o r. Nə sözlər?

K i ş i. Axı, siz... siz bizə elmi ateizmdən mühazirələr oxuyurdunuz... Siz qırx il universitetdə

ateizmdən dərs demisiz... Vaxtilə Allahsızlar Şurasının sədri olmusuz... Dinin əleyhinə o qədər

məqalə, kitab yazmısız...

A r v a d. Əstəğfürullah!.. Mən gedim çay gətirim...

P r o f e s s o r. Eh... Ey mənim keçmiş tələbəm! Sənin nə işinə qalıb, sandığı açıb köhnə

tuman-köynəyi eşələyirsən? Dünən dünən idi, bu gün, şükür rəbbimizə, bu gündü, sabah da,

inşallah, Allah-taala qismət eləsə, sabah olacaq! Mən indi Allah bəndəsiyəm! Gündə üç dəfə namaz

qılıram!

K i ş i. Oruc da tutursuz?

P r o f e s s o r. Əl-əlbət, tuturam! Əl-əlbət! (Əlini qarnına sürtə-sürtə, kənara) Onsuz da indi

professorların hamısı orucdadı də!..

K i ş i. Vallah, belə şeyləri görəndə az qalır adamın başı xarab olsun!

259

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!