16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S o f i (dəhşətlə). Bu nə müsibətdi, Ilahi? (Mahmuda) Sən baxma! Yum gözünü! Sənə belə

şeylərə baxmaq olmaz!

Işıq Danışanın üzərinə düşür.

D a n ı ş a n. Beş gün əvvəl bu Çaldıran düzündə qırğın olmuşdu və bu qırğın üç gün davam

etmişdi. Osmanlı hökmdarı Birinci Sultan Səlim Səfəviləri müsəlman dininin düşməni elan etmişdi

və Islam müdafiəsi naminə iki yüz minlik türk ordusu ilə Azərbaycana girmişdi, 1514-cü ilin avqust

ayında Səfəvilər dövlətinin – Məmləkəti-Azərbaycanın yaradıcısı və hökmdarı Şah Ismayıl türk

ordusundan bir neçə dəfə az qoşunla Sultan Səlimlə Maku yaxınlığındakı bu Çaldıran düzündə

qarşılaşmışdı, döyüşə girmişdi və məğlub olmuşdu.

S o f i. Sən baxma! Sən görmə bu müsibəti!

M a h m u d (çılğın). Sofi! Sofi! Beş qarış torpaq üstə!? Bir kisə qızıl üstə uşaq olmayıbmı

bunlar!? Göyü, ayı, ulduzları görməyibmi bunlar!? Şümr olub bir-birinin başını kəsirlər, Allah buna

niyə dözür, Sofi?.. Mehdi Sahibi-Əzzaman nəyi gözləyir, niyə zühur etmir, niyə bu zülmə dözür,

bundan artıq bir müsibət olarmı, niyə gəlib dünyanı düzəltmir? Bəlkə yoxdur, olmayacaq Sahibi-

Əzzaman, Sofi, ona görə? Bəlkə düzəltmək olmaz bu dünyanı, Sofi, ona görə gəlmir?

S o f i. Əstəğfürullah! Əstəğfürullah! Gedək, gedək burdan, gedək!..

Haradansa, uzaqlardan bir fəryad eşidilir:

– Ey müsəlman, dərdi-məra dərman nist əlqiyas!.. (Ey müsəlman, bizim dərdimizin dərmanı yoxdur!..)

M a h m u d. Eşidirsən, o fəryadı, Sofi?

– ... dərman nist əlqiyas!..

S o f i. Yox, heç nə eşitmirəm!..

– ... dərman nist əlqiyas!

M a h m u d (qışqırır). ... dərman nist əlqiyas!

S o f i (vahimə içində). Gedək! Gedək burdan!

İ ş ı q s ö n ü r.

321

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!