16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D o k t o r M a h m u d b ə y. Sizə verdiyim pulların hamısını içirsiniz, Çərkəz bəy. Söz

qoymuşam ki, daha sizə heç vaxt pul verməyim.

Ç ə p i ş b ə y. Əvvəla, bayaq ərz etdim ki, Çərkəz bəy yox, Çəpiş bəy. Camaat necə, siz də elə.

Ikincisi isə, yalan sözdür, doktor, inanmayın. Sizin verdiyiniz pullara gedib qəzet-jurnal alıram,

«Molla Nəsrəddin» alıb oxuyuram.

D o k t o r M a h m u d b ə y. Neyləyirsiniz «Molla Nəsrəddin» məcmuəsini? Siz elə özünüz

«Molla Nəsrəddin»in qəhrəmanlarından deyilsinizmi məgər?

K ə r b ə l a y i M u x t a r. Yo-ox!..

M ə l e y k ə x a n ı m. Atamdır!..

N i n a M i x a y l o v n a. Opyat oryot!

Kərbəlayi Muxtarın qışqırtısı o biri otaqdan eşidilir.

Sürətli addım səsləri.

A s l a n b ə y. Atamın əsəbləri tamam pozulub. Məni tanıdı, amma yaxın qoymadı. Hətta, elə

bil, nədənsə, daha da qorxdu.

S ə k i n ə x a n ı m. Ay Allah, bu nə işdi biz düşmüşük?! Bu nə bəladı?!

D o k t o r M a h m u d b ə y. Təcili surətdə doktor Ditrixsonu çağırmaq lazımdır.

H a c ı K a z ı m a ğ a. Aslan bəy, izin ver, Həsənquluya tapşırım kömək etsin, Mahmud bəy də

Kəbleyini müayinədən keçirsin.

Aslan bəy. Ay Hacı!.. Ay Hacı!.. Siz öz köntöy qoçunuzu buyurmaqdan başqa heç nə

bilmirsiniz!..

Q o ç u H ə s ə n q u l u. Qədeş, mənə köntöy dedi...

A s l a n b ə y. Həzərat! Sizin xəbəriniz varmı ki, dünən avqust ayının 1-də axşam Almaniya

Rusiyaya müharibə elan edib? Bilirsinizmi ki, bu, Cahan müharibəsi deməkdir?! Bəli, bəli! General

qraf Vladimirov mənimlə birlikdə qatarla Peterburqdan Bakıya gəlirdi. Yoldaca ona cənab hərbi

nazir Suxomlinovdan tel gəldi.

N i n a M i x a y l o v n a. Boje moy! Deyirəm axı, Aleksandr Aleksandroviç nə üçün hələ

işdən qayıtmayıb...

H a c ı K a z ı m a ğ a (yavaşdan). Bayaqdan qozqırdırdı ki, oturub çay içirdik...

A s l a n b ə y. Buna necə baxırsınız, Hacı? Cahan müharibəsinə?

H a c ı K a z ı m a ğ a. Aslan bəy, mənim kontorda başımı qaldırmağa macalım var ki, cahana

baxım?

A s l a n b ə y. Əlbəttə, əlbəttə, siz heç nə görmürsünüz! Qulağınızın dibində «Hümmət»

təşkilatı fəaliyyət göstərir. Mühəndis Məşədi bəy Əzizbəyov fəhlələri tətilə çağırır. Doktor Nəriman

Nərimanovun məqalələri, çıxışları camaatı ayağa qaldırır. Bütün bunların sədası Peterburqa gəlib

çatır!

H a c ı K a z ı m a ğ a. Pah atonnan!

A s l a n b ə y. Bəli, Hacı, bəli! Siz isə, burnunuzdan uzağı görmürsünüz!

Q o ç u H ə s ə n q u l u. Qədeş, bu nə danışır belə?

H a c ı K a z ı m a ğ a. Kəs səsini!

Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!

H a c ı K a z ı m a ğ a. Aslan bəy, Nəriman Nərimanov boynu kraxmallının biridir. Məşədi

Əzizbəyovun bir nəfər bəyin yanında hörməti yoxdur. Onlar nəkarədir ki, bizim qabağımızda qoz

sındıra?

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!