16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

D a n ı ş a n. Yenə bütün günü at belində yol getdilər, itin qurddan seçilməyən vaxtı bir şıdırğı

yağışa rast oldular, elə islandılar, elə bil at çapıb çaya adlamışdılar. Nə yağış dayanırdı, nə də atdan

düşüb daldalanmağa bir yer tapırdılar və Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına düşmüşük...

Birdən bu yağış şırhaşırında Sofinin qulağına it səsi gəldi, Sofi baxıb gördü ki, bura qoyun-quzunun

yaylaq yeridir, bir də, bir çoban var burda, lap törpü dəyməmiş çobandı. Çoban yoldan ötən

yolçulara ocaq kənarında yer verdi, ocağın odununu artırdı. Mahmud həmin yağışlı, çiskinli gecədə,

ona da, Sofiyə də, sığınacaq vermiş Çobana Şeyx Nizaminin «Leyli və Məcnun»unu danışırdı və

törpü dəyməmiş çoban da, beləcə ağzını açıb matdım-matdım qulaq asırdı.

Çoban. Lələ yolçu, mən belə fikirləşirəm: dediyin o eşq ki, var, harınlıqdandır, yeməyin,

içməyin bolluğundandır, Məcnun gəlib, mənim kimi eldən, obadan ayrı düşüb dağlarda, daşlarda

qoyun otarsaydı, yay bilməsəydi, qış bilməsəydi, qələt eləyərdi Leyliyə eləcə aşiq olardı! Mən

getdim qoyunları sağmağa! (Durub gedir).

M a h m u d (onun ardınca). Yox, çoban qardaş, səhvin var, səhv edirsən, çoban qardaş... Yox,

yox... yox, bədbəxt çoban, yox, məsələ bunda deyil, məsələ bundadır ki, sənin gördüklərini Məcnun

görməyib... Sənin bildiklərindən Məcnun xəbərsiz olub... Məcnun Leylidən başqa heç kimi, heç nəyi

görməyib, amma... düzdü... hicrandan başqa da, bu dünyanın dərdi, ələmi çox imiş...

S o f i. Mahmud, bala, gəl, qayıdaq, gəl, bu daşı tök ətəyindən... Dərviş kimi, düşmüşük

çöllərə. Nə yediyimizi bilirik, nə içdiyimizi. Oturub-durduğumuz da çobandı, naxırçıdı, qoturdu,

dilənçidi, qurddu-quşdu. Xanlar xanı Ziyad xan indi yəqin Yaquba dönüb... Hələ Banunu demirəm...

Axı, onlar sənin ən yaxın adamlarındı...

M a h m u d. Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? Bir tərəfdən məgər Həsəni Əsma

zəhərləmədimi?.. O biri tərəfdən, məgər Zübeydə, bütün dünyanın ac-yalavaclarına çörək

vermədimi?.. Sofi, yaxınlıq da, uzaqlıq da, insanın öz içindədir.

S o f i. Bir halda ki, yaxınlıq və uzaqlıq yoxdur, onda niyə bəs ata, ana öz balasını

başqalarından çox istəyir...

M a h m u d. Ata da, ana da öz övladını istəyir, Sofi. Övlad məhəbbəti başqa şeydir, insan

məhəbbəti başqa şeydir. Hamının çəkindiyi rəzil bir insanı da, anası, atası istəyir. Bu dünyada ki, bu

qədər rəzalət var, bu torpağı idarə edənlər, hakim deyillər, böyük şahlardan tutmuş naiblərə qədər

Malikdirlər, bəlkə özləri də, bunu bilmirlər, amma əslində Malikdirlər, Malik... Niyə Mikayıl bu

qədər ac camaata ruzi vermir? Niyə Mikayıl Allahın gözü ilə bunları görmür?..

S o f i. Xoşbəxtlik, bədbəxtlik Allahın işidir, Allahın işinə qarışmaq olmaz.

M a h m u d. Onda bəs nə üçun peyğəmbərlər, həmişə dərdli-ələmli olub. Nə üçün Cəbrayıl,

xoşbəxtliyin yolunu onlara göstərməyib? Çaryar Məhəmmədin dediyini elədi, niyyətini həyata

keçirdi, amma özləri nə oldu? Xülafayi-Rəşidin özləri üçün xoşbəxtlik tapdımı? Osmanı öz evində

öldürdülər, Əlini Allahın evində! Nə üçün, Sofi?

Haradansa quşların səsi gəlir.

Sofi, mən tənasüx məshəbindən olsaydım, o durnalarla danışardım, o durnalardan Məryəmi

xəbər alardım. Bəlkə o durnalar da min il əvvəlin Məryəmi olub, ya iki min il bundan əvvəlin

Mahmudu? Ya üç min il bundan əvvəlin Sofisi?..

İ ş ı q s ö n ü r.

ON BEŞİNCİ ŞƏKİL

M a h m u d, S o f i, Y o l ç u.

Günorta. Çöl.

Mahmud ilə Sofi yol gedir. Bir yolçu kişi arxadan gəlib onlara yanaşır.

319

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!