16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d ə b i i ş ç i. Çünki bu yerdə söz acizdi! Mən bu dərdi sözlə deyə bilmərəm, gərək sazla

deyəm, sazla!

B a ş r e d a k t o r. Mən indi bu iki daşın arasında sazı hardan tapım verim sizə? (Öz-özünə,

əsəbi) Vallah, elə mənim də işim qalıb Allah ümidinə! Heç olmasa, bunu normal bir adam hesab

edirdim, bu da belə.. Bu cür necə işləmək olar? Bunlar necə insanlardı? Nə olub bunlara, ay Allah?

Niyə bu günə düşüb bunlar?

Panteleymon Polikarpoviç (bir anlıq romantik xatirələrə dalaraq öz-özünə). Eh... Manda

proşlı jiznda uşaq vaxtı qozal tar çalmaq vardı... (Cibindən çıxartdığı dəsmalla gözlərinin yaşını silir

və bərkdən burnunu təmizləyir.)

Ş ö b ə m ü d i r i (əli ilə Panteleymon Polikarpoviçi göstərərək, yavaşdan öz-özünə). Ən çox

mənfi şüalar, bax, bu adamdan gəlir!..

Ə d ə b i i ş ç i. Əlvida!..

K a t i b ə (qışqırır). Pojarnı!..

M ə s u l k a t i b. Dayan, oğlum, şair!.. (Baş redaktora işarə ilə) Bu kişi təkbaşına, minbir

əzab-əziyyətlə, qısa bir vaxtda bu redaksiyanı təsis etdi, bu çətin vaxtda bizə çörək verdi!.. Bütün

fikri-zikri xalqa xidmət etməkdi! Həyatı da, bu iki ayda bizim gözümüzün qabağındadı!.. Aydan arı,

sudan durudu!.. Mən otuz doqquz Baş redaktor görmüşəm, amma bu qədər təmənnasız işləyən,

millətə xeyir vermək istəyən, əlindən gələni əsirgəməyən...

B a ş r e d a k t o r (onun sözünü yarımçıq kəsərək). Lazım deyil...

M ə s u l k a t i b (sözünə davam edərək). ... əsirgəməyən, savadlı, dünyadan xəbərdar olan

Baş redaktor görməmişəm!

B a ş r e d a k t o r (çox ciddi). Sizdən çox xahiş edirəm! Belə sözlərə ehtiyac yoxdu!

M ə s u l k a t i b. Ay oğlum, Baş redaktor, mən dəvəsi ölmüş ərəbəm, hay-hayım gedib, vayvayım

qalıb, bəs mənim nə ehtiyacım var bu sözlərə? Mənfur sovet vaxtı deyil ki, yalandan

tərifləyim, ya da yalandan adamın üzünə durum... Indi demokratiyadı... Olanını deyirəm də!..

Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Deyəsən, başqa tərəfə döndülər...

(Pıçıltı ilə) Qud! Qud! Dır bir mır qor-qor? Aha!.. Aydındır!.. Deməli, hələlik planlar dəyişir. Əla!..

(Pıçıltı ilə) Fi qı tır!..

Ə d ə b i i ş ç i. Əlvida!..

K a t i b ə (bərkdən hönkürə-hönkürə). Qoymayın!.. Pojarnı!..

M ə s u l k a t i b (əsəbi halda ədəbi işçiyə). Heç olmasa, bu son məqamda mərifətin olsun!

Dayan, qoy mən danışım, sonra xoş getdin! (Baş redaktora) Bu, səhərdən axşamacan «Simuzər»

poemasını bərkdən oxuyur, düzdü, poema hələ yarımçıqdı, amma oradan belə məlum olur ki...

B a ş r e d a k t o r (onun sözünü kəsərək). Necə? Mən bundan əvvəlki ədəbi işçini güc-bəla

ilə işdən azad elədim ki, iş görmək əvəzinə boş-boş şerlər yazır. Indi bir həftədi bunu götürmüşəm

işə. Hörmətli ziyalılara müraciət etdim, bunu məsləhət gördülər, operativ jurnalistdi dedilər, indi bu

da şair çıxıb?

K a t i b ə (daha da bərkdən zırıldayır). Bəs, siz məhəbbəti nə bilirsiz?!

Panteleymon Polikarpoviç. Net, on ne şair! Nastoyaşi şer man qorsadar siza!

B a ş r e d a k t o r (Panteleymon Polikarpoviçə). Çto?

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Sami uvidete!..

Ə d ə b i i ş ç i. Əlvida!

M ə s u l k a t i b (qışqırır). Dayan! (Tələsik Baş redaktora) Deməli, belədi. (Barmağı ilə

Ədəbi işçini göstərir.) Bunun atası mənfur sovet vaxtı partokrat idi, sonra dönüb cəbhəçi olub. Qızın

atası, yəni Simuzərin atası əvvəlcə cəbhəçi olub, sonra keçib kommunistlərin tərəfinə. Indi birbirlərilə

düşməndilər... Xüsusən də gələcək qaynanası! (Ədəbi işçiyə) Hə, xudahafiz, day gedə

bilərsən!..

Ə d ə b i i ş ç i. Əlvida! Məni şəklimə baxıb xatırlamayın, xatırlayıb şəklimə baxın!..

222

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!