16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

I v a n I v a n o v i ç. Veroçka!.. (Vera Nikolayevnaya yaxınlaşır və tamam məftun nəzərlərlə

onu aşağıdan yuxarıya süzür.) Veroçka!..

Mənim əzizim!..

V e r a N i k o l a y e v n a cavab vermir.

V e r a N i k o l a y e v n a cavab vermir.

Mənim gözəlim!.. Sənin ayaqların əvvəlkindən də gözəldi!.. Belinə bax e!.. Elə bil

azərbaycanlıların armudu stəkanıdı!.. Hansı qızda belə incə bel var?!. Döşlərinə bax!..

V e r a N i k o l a y e v n a (birdən-birə kövrəlib ağlamsınır). Yoxsa, elə bilirsən mənim

xoşum gəlir hər gün qızarmış kartof yeməkdən? Hə? Mənim xoşum gəlir semiçka yağının iyindən?

(Zırhazır ağlamağa başlayır.)

I v a n I v a n o v i ç. Veroçka! (Əli ilə öz başına qapaz vurur.) Mən axmağa bax də!.. Özüm

də narodnı artistəm!.. Niyə indiyəcən ağlıma gəlməyib? Veroçka! Əzizim! Tapmışam!

V e r a N i k o l a y e v n a (ağlaya-ağlaya). Nə? Ət tapmısan?

I v a n I v a n o v i ç. Ət nədi, əzizim?! Səni tapmışam, səni! (Vera Nikolayevnanı

qucaqlayır.) Səni! Səni!..

Vera Nikolayevna. Yavaş, Vanya!.. Vaxtı deyil!.. Oy! Əlim yandı!.. (Tavanı plitənin üstündən

götürüb Ivan Ivanoviçin qolları arasında fırlanır.) Burax...

I v a n I v a n o v i ç. Səni! Səni! Səni verəcəyəm Əhməd bəyə!

Vera Nikolayevna. Nə? (Tavanı əlindən salır və kartof qızartması döşəməyə dağılır.) Ay!..

I v a n I v a n o v i ç. Lap yaxşı oldu! Gəl bura! Gəl bura, əzizim! (Vera Nikolayevnanı çəkib

divanda özü ilə yanaşı oturdur.) Qulaq as! Bundan gözəl fürsət ola bilməz! Səninlə yalandan

boşanaq! Sən də yalandan ona ərə get!

Vera Nikolayevna. Sən... Sən nə...

Ivan Ivanoviç (onun sözünü kəsir). Qulaq as! Qulaq as! Bu bir şansdı düşüb bizim əlimizə!

Gərək ağıllı olaq! Tədbirli olaq! Emosiyaya qapılmayaq! (Əli ilə həyət tərəfi göstərir.) Bunlardan

seçilək gərək!.. Bunların tayı olmayaq gərək!.. Belə şans bir də heç vaxt ələ düşməyəcək! Bu bizim

həyatımızın ən vacib nöqtəsidi, Veroçka! Bu azərbaycanlı cavanları da, özün yaxşı bilirsən,

aldatmaq asan işdi! Özü də sənin kimi bir gözəl! Veroçka! O qızarmış kartofla, o semiçka yağı...

vay... (Ürəyi bulanır və əli ilə ağzını qapayıb udquna-udquna birtəhər özünə gəlir.) mənim... mənim

gözümü elə kor eləyib ki, sənin kimi canı təzədən görməmişəm! Biz yalandan boşanırıq! Əhməd

bəyi aşiq eləyirsən özünə!.. Sən bacaracaqsan bunu, Veroçka! Həmişə başqalarının əsərlərində

oynamışıq, indi də öz əsərimizdə oynamalıyıq, Veroçka! Şah əsərimizdə!.. Mənim əzizim!.. Məni

necə aşiq eləmişdin özünə, onu da elə dəli-divanə eləyəcəksən!

Vera Nikolayevna. Sən o zaman Lenini oynayırdın...

I v a n I v a n o v i ç. Hə. Ancaq indi Lenin girən kol deyil! Gərək Nadejda Konstantinovna

girişsin bu işə, Veroçka, Nadejda Konstantinovna!.. Yalandan ərə gedəcəksən ona! Sonra bir yerdə

gedəcəksiz Fransaya! Sonra da mənə dəvət göndərəcəksən, keçmiş ərin kimi. Fransada belə şeylərə

pis baxmırlar. Fransada hamı keçmiş əriylə, keçmiş arvadıyla dostluq eləyir! Mən gəlirəm Parijə!

(Əli ilə sinəsinə vurur.) Parij e, Ivan, Parij! Möhkəm ol, Ivan! Belə şans bir də heç vaxt ələ düşməz!

Vera Nikolayevna. Bəs onda səndən əvvəlki ərlərim necə olsun? Nikolay Petroviç, Viktor

Aleksandroviç, Pyotr Matveyeviç.. Onları da Fransaya çağırmalıyam?

Ivan Ivanoviç(hirsli). Yox! Əlbəttə, yox! Onları neynirsən? Muzey düzəldəcəksən? Parij...

(Mülayimləşir.) Qulaq as, Veroçka! Mənim əzizim! Mənim toyuğum! Mən gəlirəm Parijə! Burda

evimi satıram, nə lazımdı eləyirəm, gəlirəm. Özüm də deyirəm ki, qaçqınam! Azərbaycandan

qaçmışam! Sən də boşanırsan Əhməd bəydən! Veroçka! Milyonçudu o! Milyonlarının da yarısı qalır

bizə! Məhkəmə avtomatiçeski qərar qəbul edəcək ki, yarısı sənindi!

132

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!