16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

P r o f e s s o r. Yox! Çox sağ olun! Tələsirəm! (Cibindən kağız çıxarıb baxır.) Bu gün hələ o

qədər görəsi işim var ki!..

K i ş i (həyəcanla). Professor!

P r o f e s s o r. Nədi, xələfim?

K i ş i. Siz də spisokla çıxırsız evdən?

P r o f e s s o r. Indi hansı kişi evdən spisoksuz çıxır?

K i ş i. Ah!.. (Kövrəlib Professoru qucaqlayır.) Doroqoy brat moy po nesçastyu! Sizin ətin

məsələsiylə mütləq məşğul olacağam!

P r o f e s s o r (udqunur). Çox sağ ol! Indi isə xudahafiz! Sizi Allaha tapşırıram! (Səhnədən

çıxır.)

O ğ u l (gözlərini kitabdan çəkmədən heyranlıqla). Dəryadı, dərya!..

A r v a d (ərinə). Camaata ət düzəldirsən, özümüz qalmışıq bu qaranlıq otaqda!.. Krantı nə

qədər bağlayırsan, bağlanmır!.. Saatın batareyası yatıb!.. Televizor elə göstərir ki, göstərməsə,

ondan yaxşıdı!..

Qapının zəngi çalınır.

Axşam vaxtı bu camaata nə olub belə? Nə yaxşı, hamının yadına düşmüşük!.. Qapını açın!

Oğul qapını açmağa getməsin deyə, başını bir az da kitabın üstünə əyir. Kişi hirslə onun əlindəki kitaba tərəf

boylanır.

K i ş i. Hələ də doqquzuncu səhifədədi e!.. (Qapını açmağa gedir.)

Partiya l i d e r i (səhnə arxasından). Salam, əziz dost!

X a n ı m (səhnə arxasından). Xoş gördük sizi!

K i ş i. Salam. Salam. Keçin içəri.

Səhnəyə daxil olurlar.

A r v a d. Xoş gəlmisiz! Əyləşin!

X a n ı m. Vallah, bu siyasi mübarizədən bir dəqiqə də başımız açılmır! Güclə vaxt tapdıq ki,

gəlib sizi yoluxaq...

A r v a d. Yaxşı eləmisiz. (Kənara) Hələ bir minnət də qoyurlar e... (Bərkdən) Çox sağ olun!

P a r t i y a l i d e r i (Oğula işarə ilə). Bu yenə Marks əmisini oxuyur?

O ğ u l (ayağa qalxıb, çılğın). Mən sizin siyasi prinsiplərinizə toxunmuram!

P a r t i y a l i d e r i. Bizim siyasi prinsiplərimiz xalqın sınağından çıxıb! Sizinki isə çıxmadı!

O ğ u l. Xeyr! Gələcək kommunizmindir! Biz hələ sizə göstərəcəyik!

K i ş i. Yaxşı, bəsdirin! Bura mitinqdi?

Q ı z (qapını açdığı açarı əlində oynada-oynada səhnəyə daxil olur). Salam! Suzikdən də

hamınıza salam var!

X a n ı m (yavaşdan Partiya liderinə). Bir adamın ki, adı Suzik ola!.. Gör indi bu nə səfehdi

də!..

A r v a d. Sağ olsun...

O ğ u l. Toje mne... (Səhnədən çıxır.)

Q ı z (Partiya liderli ilə Xanıma tərəf yaxınlaşaraq). Necəsiz?

X a n ı m. Eh!.. Necə olacağıq? Siyasi mübarizələr içində!..

Q ı z. Bilirsiz... Suzik sizin partiyaya üzv olmaq barədə düşünür...

X a n ı m (sevincək). Hə? ( Partiya liderinə.) Sənə demirdim? Mənim ürəyimə dammışdı ki, o

çox ağıllı oğlandı!

Q ı z. Ancaq...

261

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!