16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bəli?

Ə d i l ə. Heç nə. (Ədilənin fikri başqa yerdədir.)

B a b a. Yoldaş Ədilə, deyirəm bir... Utanıram da e, deməyə... Deyirəm bir... Deyirəm bir məni

yoldaş Məlikməmmədova tapşırasınız... Doğruldaram sizin etimadınızı, yoldaş Ədilə. Söz verirəm

sizə. (Ədilə cavab vermir, hiss olunur ki, o, daxili gərginlk içindədir, nə barədə isə fikirləşir və bu

fikirlər ona rahatlıq vermir.) Vallah, doğruldaram etimadınızı, yoldaş Ədilə!

Ə d i l ə (başını qaldırıb Babaya baxaraq, son dərəcə səmimi, elə bil, Babanın bayaqdan bəri

dediyi sözləri eşitməyib). Bilirsənmi, Baba, nədənsə mənə elə gəlir ki, bax, bu saat nə isə fövqəladə

bir hadisə baş verəcək, nə isə qeyri-adi bir iş olacaq?

B a b a. Nə?

Ə d i l ə. Səhərdən mənim ürəyim uçunur. Mənə elə gəlir ki... (Sözünü davam etdirməyərək əli

ilə başını tutur.)

Baba Ədiləyə baxıb əlini o tərəf-bu tərəfə yellədir, yəni ki, ay-hay. Qara frak geymiş Skripkaçı əlində skripka

səhnəyə daxil olub birbaş Ədiləyə tərəf gedir. Onu hamı görür və hamı da təəccüb dolu nəzərlərlə ona baxır. O,

Ədilənin başı üzərində dayanıb skripkasını qaldıraraq çalmağa hazırlaşır. Ədilə başını qaldırıb heyrətlə ona baxır.

B a b a. Alə! Bu nədir belə? Siz kimsiniz? Neyləyirsiniz belə?

(Təşvişlə) Yoldaş Tək! Yoldaş Tək!

Qara frak geymiş Skripkaçı cavab verməyərək çalmaq istəyir.

Y o l d a ş T ə k əlində bir qalaq məktub Qoca Professorla birlikdə gəlir.

Y o l d a ş T ə k. Nədir? Nə olub? (Qara frak geymiş Skripkaçıya baxaraq) Siz kimsiniz?

B a b a. Cavab vermir. Gəlib bura səhərdən, özü də cavab vermir.

Y o l d a ş T ə k. Ay yoldaş, siz kimsiniz axı?

Pauza.

Bu yoldaşı kim tanıyır?

B a b a. Deyəsən, artistdir.

Y o l d a ş T ə k. Siz kimsiniz və nə ixtiyarla kənar adamların girməsi qadağan olan əraziyə

girib ictimai müəssisənin işini dayandırırsız?

Skripkaçı(elə bil öz-özü ilə danışır). Görünür, daha mənə ehtiyac yoxdur. Mən daha lazım

deyiləm. (Skripkasını aşağı salaraq, adamların arasından keçib səhnədən çıxır.)

Y o l d a ş T ə k (onun arxasınca). Belə də iş olar... Işinizə davam edin, yoldaşlar. (Əlindəki

məktubları elə bil ki, hipnoz olmuş Ədiləyə verir.) Buyurun, yoldaş Ədilə, təzə məktublardır. Bəlkə,

hörmətli yoldaş Əliquluzadənin də məktubu gəlib.

Ədilə məktubları alıb bir-bir baxır. Kişi qapıdan içəri girir. Bu adam bizim tanıdığmız Kişinin eyni olsa da, nə

iləsə ondan fərqlənir. (Geyimi də başqa cürdür.) Hərəkətləri də başqa cürdür. O, tamamilə adi, real adamdır.

Şöbədə qoyulmuş mizlərdən birinin arxasında əyləşib nə isə yazmağa başlayır.

Ədilə(məktublara baxa-baxa birdən sevinclə qışqırır). Bura baxın! Bu məktuba baxın!

(Məktublardan birini əli ilə yuxarı qaldırır.) Burada heç nə yazılmayıb. Yazılmayıb ki, kimə

çatacaq. Ağappaqdır, görürsünüzmü? Bu onun məktubudur? Bu onun məktubudur! (Ayağa qalxır.)

Y o l d a ş T ə k (təəccüblə). Kimin?

Ə d i l ə. Onun. Onun. (Mizin arxasında oturub nəsə yazan Kişini görür, yerindən çıxaraq ona

tərəf qaçır.) Sizin məktub gəldi! Sizin məktub gəldi!

117

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!