16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

X a n ı m a r v a d. Sənə sözüm var.

Ş i n e l l i k i ş i. Nə söz?

X a n ı m a r v a d. Şikayətim var.

Ş i n e l l i k i ş i. Kimdəndir şikayətin? (Milis nəfərinə) Bu nə biabırçılıqdır belə?

X a n ı m a r v a d. O neynəsin? Mən ondan icazə-zad alıram bəgəm? Səndəndür şikayətim.

Ş i n e l l i k i ş i. Nə?

X a n ı m a r v a d. Səndəndür şikayətim! Bir də sənün işçiləründən.

Ş i n e l l i k i ş i. Nə danışırsan, arvad? Özün bilirsən, nə danışırsan?

X a n ı m a r v a d. Lap yaxçı bilirəm! Dedim ki, səndəndür şikayətim! Adam döyülsən sən

bəgəm? Insan döyülsən? Dünyanın ucunu elə o maşınınla tutub gedəcəksən? Bir qulaq as, gör, nə

deyirlər sənə də!

Kiçik pauza.

Ş i n e l l i k i ş i (milis nəfərinə). Deyəsən, dünən də bu arvad burda durmuşdu.

Burax bunu içəri!

M i l i s n ə f ə r i. Oldu!

Milis nəfəri çiyinlərini çəkir.

İ ş ı q s ö n ü r.

ON BİRİNCİ ŞƏKİL

M u x t a r, X a n ı m a r v a d, Ə l ə k b ə r, həmişəki məhəllə əhli.

Məhəllə. Səhər.

Məhəllə əhli hərə öz işi ilə məşğuldu. Kişilər nərd oynayırlar. Meyranqulu nəsə düzəldir. Əliabbas kişi kətildə

oturub təsbeh çevirir. Arvadlar zivədən paltar asırlar, həyətdəki krandan su götürürlər.

Maşın səsi gəlir. Sonra tələsik səhnəyə gələn Muxtar barmağının işarəsilə Ələkbəri çağırır.

M u x t a r. Sən burada olursan də?

Ə l ə k b ə r. Həri.

M u x t a r. Həri yox, bəli.

Ə l ə k b ə r. Bəli.

M u x t a r. Get, o arvadı çağır bura.

Ə l ə k b ə r. Hansı arvadı?

M u x t a r. Necə hansı arvad? O arvadı də!

Məhəllə əhlinin bütün diqqəti Muxtardadır. Xanım arvad əlində bir boğça, evdən çıxıb pilləkənlə aşağı düşür.

X a n ı m arvad. Nə istəyirsən?

M u x t a r. Mənə əmr eləyiblər ki, səndən üzr istəyim.

X a n ı m arvad. Indi mən neyniyim?

M u x t a r. Mən üzr istəməliyəm.

X a n ı m a r v a d. Istə də.

M u x t a r. Üzr istəyirəm.

X a n ı m a r v a d. Xoş gəldün!

Muxtar gedir.

360

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!