16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

D a n ı ş a n. Bu iki misra şair Məsudinin idi: Nə qədər ki, öz muradına çatmamısan, çalış ki,

zəmanə sənə saz olmasa da, sən zəmanəyə saz ol... Ceyran nə üçün bu iki misranı xatırladı... Bu

sualın cavabını bəlkə heç o özü də bilmirdi... Birdən-birə Ceyranı neçə-neçə illərin yorğunluğu

bürüdü, neçə-neçə illərin əzab-əziyyəti, var-dövlət hərisliyi, eyş-işrət həvəsi, neçə-neçə illərin dəli

sevdası, elə bil, cındır bir əsgi kimi, onun ayaqlarının altına atıldı... Hər şey mənasız idi, indiyədək

yaşanmış həyat da, bundan sonra yaşanacaq həyat da... Elə həmin gecə Ceyran Qısır qarını da, bütün

karvanı, nökərləri də çölün ortasında qoyub Mehtər Cəfərə qoşuldu və bir atın belində Mehtər

Cəfərin on iki il bundan əvvəl qoyub getdiyi kəndə tərəf çapdılar... Qoy, Ceyranın bundan sonrakı

mənasız həyatı mənasız Mehtər Cəfərin mülkiyyətinə çevrilsin... Ceyran belə Ceyran idi... Mahmud

isə... Payıza daha bir şey qalmamışdı...

İ ş ı q s ö n ü r.

ON DOQQUZUNCU ŞƏKİL

D a n ı ş a n, M a h m u d, S o f i, Q o c a.

Günorta. Yol.

D a n ı ş a n. Payıza daha bir şey qalmamışdı, gecələrin ayazı adamı üşüdürdü. Sofi nə qədər

etsə də, beynini deşən fikirləri başından qova bilmirdi: bütün bu işlərin axırı nə olacaqdı?..

Mahmudun gözləri güllərə baxırdı, soruşurdu: Məryəmi gördünüzmü? Çöllərə baxırdı, soruşurdu:

Məryəmi gördünüzmü? Mahmudun gözləri, Mahmudun baxışları, Mahmudun hərəkətləri qürbət

ellərdə ah-zar edə-edə bir keşiş qızını arzulayırdı və hərdən bütün bunlar Sofiyə təsir edirdi...

Allahın yağışı yağanda da, Sofiyə elə gəlirdi ki, elə bil yağış yağmır, Mahmudun dərdinə göylər

ağlayır. Deyəsən Sofi də dəli olurdu...

S o f i. Mahmud, o irəlilərdə elə lotular var ki, bizi kişmişin yerinə ciblərinə doldurub yeyərlər,

biz orada baş çıxara bilmərik...

M a h m u d. Mən yolçuyam, Sofi, yollar keçib gedirəm...

Səhnəni dolaşa-dolaşa yol gedirlər.

S o f i n i n s ə s i. Yaxşı, sən yolçusan, yolçu ol, yollara düşmüsən, düş, öz aləmin var, öz

məqsədin var, bəs mənim nə təqsirim var?.. Bəs mənim günahım nədir?.. Mənim günahım nədir ki,

46 yaşına çatmışam, amma ömrümdə bir xoş gün yaşamamışam... həmişə əl buyruqçusu olmuşam,

başqalarına xidmət etmişəm, bütün həyatımı başqalarına qurban vermişəm... Bəsdi, axmaq Sofi,

bəsdi, nə tez başqaları oldu, yad oldu bu adamlar? Ziyad xanın bədəni torpağın altında hələ

soyumayıb, düzdü Qəmərbanu, deyirlər, itkin düşüb, amma dünyanın işlərini bilmək olmaz, Sofi!..

S o f i (Mahmuda). Yorulmadın, övladım? Bəlkə dincələk bir az?

M a h m u d (elə bil onu eşitmir). Bu təzadlar nədi belə dünyada, Sofi? Bir tərəfdə səfalət, o

biri tərəfdə var-dövlət... Bir tərəfdə Firdovsinin zəkası, o biri tərəfdə onu aldadan Sultan Mahmudun

nadanlığı...

S o f i. Bəyəm, indi belədi, bəyəm min il bundan qabaq belə olmayıb? Bəyəm belə olmayacaq

min il bundan sonra? Bəyəm Allah özü gündüz ilə bərabər gecə yaratmayıb, Mahmud?.. Bəyəm

yaşadan da, öldürən də, o deyil?.. Dərədə, təpədə indi bunların dərdini çəkmək bizə qalıb?

Qoca əlində bağlama yol keçir.

M a h m u d (qocanın əlindəki bağlamaya işarə edir). Bu nədi belə?

S o f i (təəccüblə o tərəf-bu tərəfə baxır). Sən kimlə danışırsan?

325

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!