16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qəmərbanu otağa daxil olur.

Q ə m ə r b a n u n u n s ə s i. Bu saqqal, bu saçlar nə tez ağardı... Qocalıq Ziyadı nə tez

haqladı... Əllərinin üstü qırışıb, mən heç indiyəcən fikir verməmişəm, boynundakı, boğazındakı qırış

xətləri, elə bil xəncərlə cızılıb... O da mənə baxanda, məni belə görür?..

Ziyad xan namazını bitirir.

Q ə m ə r b a n u. Nə olub, Ziyad?

Z i y a d x a n. Mahmuddan nigaranam..

Q ə m ə r b a n u. Nə olub Mahmuda?..

Z i y a d x a n. Heç nə... Qəmər, Mahmud... Mahmud heç vaxt taxta oturmayacaq. Mahmud

heç vaxt bəylərbəyliyinin tacını başına qoymayacaq...

Pauza.

Q ə m ə r b a n u. Bilirəm.

Z i y a d x a n. Mən səndən əlac umuram, Qəmər...

Q ə m ə r b a n u. Allah-taala, bu oğulu sənə gərək min il bundan əvvəl verəydi, ya da min il

bundan sonra... Bu namərd dövran, bizim oğlumuza layiq deyil... Bu qara dövran, Mahmud təmizliyi

üçün qara yaradı...

Z i y a d x a n. Min il bundan əvvəl?

Q ə m ə r b a n u. Bəlkə elə min il bundan əvvəl də, mənim kimi sinəsi dərdli bir ana, balası

üçün, min il sonranı arzulayırmış?.. (Elə bil öz-özü ilə danışır.) Dolansın əyyamın... dönsün

dövranın, dünya... düz doqquz ildən sonra fələk məni bağa bağban elədi, bağban ağlar, bağça ağlar,

gül ağlar...

Z i y a d x a n. Qəmər...

Q ə m ə r b a n u. Quran deyir ki, Allah sıxıntıdan sonra həmişə şad edir, bəs mənim bəxti qara

ürəyimin şadlığı hanı?

Z i y a d x a n. Bu bəd dünya daşa basıb bizi izlər...

Q ə m ə r b a n u. Ümid Allahadır...

Z i y a d x a n. Necə olur ki, Allah rəiyyətin birinə Bayandur kimi bir oğul verir, amma

mənim qismətimi iki bölür?

Q ə m ə r b a n u (özünə gələrək). Sakit ol... Sakit ol... Özünü ələ al. Dost var, düşmən var.

Sakit ol... Bəyəm Bayandur da, elə öz oğlun kimi sənə sədaqətli deyilmi? Bəyəm Bayanduru da, öz

oğlun qədər çox istəmirsənmi? (Yenə özünü saxlaya bilmir.) Bənizi ağ, könlü pak, bəxti qara

oğlum... Bədbəxt Ziyadın, bədbəxt Qəmərin bədbəxt Mahmudu...

Işıq yalnız səhnənin qarşısında dayanmış Danışanın üzərinə düşür.

D a n ı ş a n. Qəmərbanu necə ağlına gətirə bilərdi ki, lap az bir müddətdən sonra, onun

bədbəxt, bəxtiqara hesab etdiyi oğlu dünyanın ən xoşbəxt adamı olacaq?

ALTINCI ŞƏKİL

M a h m u d, M ə r y ə m.

Axşam. Düzənlik. Mahmud səhnənin kənarında dayanıb böyük

bir maraqla kiməsə baxır. Uzaqdan Məryəmin səsi gəlir və

Məryəm oxuya-oxuya səhnəyə çıxır.

M ə r y ə m.

Ay keçi, ay ağ keçi,

310

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!