16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S i l v a n a. Birdən-birə cavab verim? Bu cürə ciddi təklifə o saat cavab vermək olmaz axı...

Ilk dəfədi... Ilk dəfədi mənə bu cürə təklif edirlər! Adətən həmişə təklifi mən özüm eləmişəm...

Dayı. Nə?

S i l v a n a. Yəni çox ciddi təklifdi! Qoyun... qoyun iki gün fikirləşim!

D a y ı (tələsik). Siz nə danışırsız? Mən sizə lap bir ay vaxt verirəm!

S i l v a n a. Yox, yox!.. Iki gün kifayətdi!

D a y ı. Eybi yox, qoy on gün olsun! Siz nə xahiş edirsinizsə, mən istəyirəm ki, çox olsun!..

Bol olsun!.. Sizin ürəyinizcə olsun!..

S i l v a n a. Ah, əzizim!.. Amma iki gün kifayətdi!

D a y ı. Ancaq mən...

Silvana (gözlərini açır). Nə ancaq?

D a y ı. Heç... Bizim o uşaqdan nigaranam...

S i l v a n a. Əhməd? (Birdən-birə o gözəl romantikadan sərt realizmə keçir.) Əhməd! Əhməd

mütləq teatra qayıtmalıdır! Əhməd rol oynamalıdır! Mənim tərəfmüqabilim olmalıdır!

D a y ı. Əhməd?

S i l v a n a. Bəli!

D a y ı. Onunla bir yerdə oynayarsınız?

S i l v a n a. Əlbəttə!

D a y ı. Yəni doğru sözünüzdü?

S i l v a n a. Mütləq! Biz mütləq bir yerdə oynayacağıq! Mən yeni istedadlar yetişdirməliyəm!

Mən ona sənətin sirlərini öyrətməliyəm!

D a y ı. Axı, əvvəllər...

S i l v a n a. Əvvəllər daha əvvəldə qaldı! Əvvəllər siz yox idiniz mənim həyatımda! Mən onu

teatra qaytaracağam! (Əlini qaldırıb teatr binası görünən tərəfi hədələyir.) Mən onların başına bir

oyun açım ki, heç ağıllarına da gəlməsin! Analarını ağladacağam onların! Turp əkəcəyəm başlarına!

Mənə sataşmaq?! Əhmədi ixtisar eləmək?! Yox, mən buna dözə bilmərəm! (Iti addımlarla teatra

tərəf gedərək səhnədən çıxır.)

D a y ı. Allah, sən saxla!..

Pauza.

İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKİL

Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri.

Katibə, Direktor, Baş rejissor, Gənc aktrisa,

S i l v a n a.

Katibə öz yerində oturub telefonla danışır. Direktor kabinetində oturub televizora baxır. Baş rejissor kabinetində

mizin arxasında oturub «Hamlet»i oxuyur.

Direktor (televiziya ilə çalınan qara zurnaya qulaq asa-asa). Eh!..

K a t i b ə (telefon dəstəyinə). Oy, ne mojet bıt?!

B a ş r e j i s s o r (yumruğunu mizin üstünə vurur). Sənət belə olar e!..

Yox, yox, yersiz deyil, yox, elə demə!

Sənin şan-şöhrətin, bütün var-yoxun

Və bütün sərvətin saf əxlaqındır,

Üzünə demirəm, inan, Horatsio!..

192

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!